MÜXALİFƏTİN UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİ - XI HİSSƏ

MÜXALİFƏTİN UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİ - XI HİSSƏ

Bu gün hamını belə bir sual düşündürür: nə üçün Azərəbaycan müxalifətinin 1993-cü ildən bu tərəfə apardığı mübarizə, verdiyi saysız-hesabsız itkilərə baxmayaraq, heç bir fayda verməmiş, ictimai-siyasi vəziyyət nəinki yaxşılığa doğru dəyişməmiş, əksinə pisləşmə istiqamətində inkşaf etmişdir? Bu sualın bir və yeganə düzgün cavabı var: Seçilmiş mübarizə üsulu mövcud vəziyyətin dəyişdirilməsinə qeyri-adekvat olmuşdur.

(Əvvəli bu linklərdə: http://hurriyyet.org/xeber/uursuzluumuzun_sbblri_-_azerbaycan_muxalifetini_iqtidar_yox_ozu_ozunu_meglub_edib ,

http://hurriyyet.org/xeber/uursuzluumuzun_sbblri_-_azerbaycan_muxalifetini_iqtidar_yox_ozu_ozunu_meglub_edib_-_ii_hiss,

http://hurriyyet.org/xeber/uursuzluumuzun_sbblri_-_azerbaycan_muxalifetini_iqtidar_yox_ozu_ozunu_meglub_edib_-_iii_hiss,

http://hurriyyet.org/xeber/mxaliftin_uursuzluunun_sbblri_-_iv_hiss,

http://hurriyyet.org/xeber/mxaliftin_uursuzluunun_sbblri_-_v_hiss,

http://hurriyyet.org/xeber/mxaliftin_uursuzluunun_sbblri_-_vi_hiss,

http://hurriyyet.org/xeber/mxaliftin_uursuzluunun_sbblri_-_vii_hiss,

http://hurriyyet.org/xeber/mxaliftin_uursuzluunun_sbblri_-_ve_yaxud_ugursuzluqdan_baslanan_ugur_-_viii_hiss,

http://hurriyyet.org/xeber/mxaliftin_uursuzluunun_sbblri_-_ve_yaxud_ugursuzluqdan_baslanan_ugur_-_ix_hiss,

http://hurriyyet.org/xeber/mxaliftin_uursuzluunun_sbblri_-_xl_hiss)

Həbsxanaları doldurmağa hazır olmayan heç bir xalq küçələri doldura bilməz!

Diktaturaya dözmək könüllü asılılıq, həbsxanaya düşmək məcburi asılılıqdır. Ləyaqəti olan insan məcburi asılılığı seçər, nəinki könüllü!

Bu gün ictimayyəti belə bir sual maraqlandırır: daha nə qədər mübarizə aparmalıyıq, yaxud nə vaxta kimi indiki müxalifətə və ya liderlərə dözməliyik? Bu məsələ siyasi nəticələr əldə etməkdə tələskənliklə bağlıdır. Mənim ən yaxın dostlarımdan olan və kifayət qədər siyasiləşmiş partiya sədri bir dəfə mənə belə bir söz dedi: “Artıq ömür gedir, ola bilsin, biz o azad cəmiyyəti gərməyək, nə qədər bu cür nəticəsiz mübarizə aparmaq olar?! Məncə, kənara çəkilmək lazımdır”. İşin nəticələrini görməyə tələsmək insan xilsləti ilə bağlıdır.

Qurani-Kərimdə Allah-təala “İnsan tələskənlikdə yaradılmışdır. Siz Məni (Qiyamətin gəlməsinə görə) tələsdirməyin” deyə buyurur. Allahın varlığına inamsızlığın əsas səbəblərindən biri də Allahın cəza və mükafatının insanlara görə gecikdirilməsidir. Halbuki tələskənlik heç bir işi başa çatdırmağa və həmin işi kamil şəkildə görməyə imkan vermir. Dünyada 30-40 il müxalifətdə qalıb, heç bir nətcə əldə etməyən kifayət qədər lider olub ki, xalqları o liderləri heç vaxt tərk etməyib. Azərbaycanda insanlar bir seçki, hətta bəziləri bir mitinq müddəti qədər səbr edir, sonra öz mövqeyini tərk edir. Bununla bağlı Qandi deyirdi: “Daha yaxşının yaxşıya mane olmasına imkan verməyin. Siz hövsələsizsiniz. Mən bunu özümə rəva görə bilmərəm...”. Bu nə deməkdir? Elmdə buna maksimalizm və ya “ya hər şey, ya heç nə” deyirlər. Bir dəqiqəliyə Azərbaycanı müxalifətsiz və liderlərsiz təsəvvürə gətirək. Onda Azərbaycan bu günlə müqayisədə hansı vəziyyətdə olardı? Bizim arzuladığımız cəmiyyət lap yaxşısıdır. Amma bundan daha da pis olmasının qarşısının alınması da az şey deyil.

Qeyri-zorakı mübarizə maksimalizmdən imtina tələb edir. Buna görə də uğur yox, həmin uğura cəhd əsas götürülür. Qandinin Qurandan əxz etdiyi əsas ideya “səbr” ideyası idi. Qandi böyük nəticələr arzulamağa yaxşı baxırdı, amma deyirdi ki, “hər şeyin sizin arzunuza uyğun olaraq baş verəcəyinə ümid bəsləmək zərərlidir və özündən razılıq əlamətidir”. Qandi səbrə ideyallardan və cəhdlərdən imtinanın sinonimi kimi baxmırdı.

Qurani-Kərim də səbri nədənsə imtina etmək kimi tövsiyyə etmir, əksinə səbr mütləq olacağa inamla, onun olmasının zəruri şərtlərinin meydana çıxması üçün lazım olan vaxtı gözləməyi ifadə edir. Başqa sözlə, səbr -zamanla şərtlənməni etiraf etmək,onu başa düşmək deməkdir. Qandiyə görə, təcililiklə səbrliliyin düzgün nisbətini müəyyən etmək vacibdir. Səbr - yaxşıdan ən yaxşıya keçid üçün tələb olunan vaxtdır. Yaxşı - cəhd, ən yaxşı - həmin cəhdin nəticəsidir.

Qandi hesab edirdi ki, ən yaxşıya görə yaxşıdan imtina insanı həm ən yaxşıdan, həm də yaxşıdan məhrum edir. Bu gün hakimiyyətin dəyişilməsi ən yaxşı, ona qarşı mübarizə yaxşıdırsa, hakimiyyətin dəyişilməsi baş vermədiyindən, mübarizədən imtina həm bizi mübarizədən, həm də hakimiyyətin dəyişilmələrindən məhrum edir. Bu səbəbdən Qandi deyirdi ki, ideal haqqında təsəvvürlərə heç də uyğun gəlməməsi səbəbindən lazımi hərəkətlərdən imtina etməmək daha vacibdir”. Bu gün hakimiyyəti dəyişdirə bilməməyimiz bizim hakimiyyət dəyişilmələri uğrunda mübarizədən imtina etməyimizə əsas vermir və liderləri istefaya çağırmaq da bu mənada qeyri-zorakı müqavimətə ziddir.

ƏDALƏT QƏLƏBƏNİN TƏMƏLİDİR

Allah-təala Qurani-Kərimdə buyurur: “Allah özünə ədalətli olmağı əta etmişdir”. Buna görə də Quran hər bir adamdan ədalətli olmağı, ədalətin üzə çıxması naminə öz əleyhinə olsa belə, şahidlik etməyi əmr edir. Siyasi mübarizədə hər hansı bir uğur da yalnız ədalətə əsaslananda meydana çıxa bilər. Buradan da belə bir sual meydana çıxır: ədalət nəyə lazımdır? Ədalət məqsədlə vasitənin ölçülüyünün uyğunluğunu özündə ifadə edir, hansı ki, belə uyğunluq olmadıqda heç bir vasitə məqsədə apara bilməz.

Qeyri-zorakı müqavimətin fəlsəfəsi səbəb-nəticə əlaqəsi ilə izah edilə bilər. Qandi bunu “demokrtik Hindistana anti-demokratik yolla nail olmaq olmaz” – kimi izah edirdi. Çünki zorakılıq yolu ilə əldə edilən nəticə yalnız zorakılıq imkanlarının təsdiqi ola bilər, nəinki xalqın azadlıq imkanlarının təsdiqi. Qandiyə görə, “ədalət istəyən ilk öncə başqasına ədalətlə yanaşmalıdır”. Bu, əxlaqın klassik prinsiplərindən biridir. Buradan da qeyri-zorakı müqavimətin əxlaqi müqavimət olduğu sübut olunur. Özünə ədalət istəyinin başqaları ilə ədalətsiz davranması həm özünü, həm də qarşısındakını ədalətdən məhrum edir. Xalq deyimində olduğu kimi, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Qandiyə görə, etik davranış sürəkli olmalıdır. Vaxtdan və şəraitdən asılı olaraq etik davranış dəyişilməməlidir. Etika nə üçün siyasi mübarizədə vacibdir? Qandiyə görə, etika vasitə ilə məqsədi düzgün əlaqələndirən yeganə prinsipdir.

Qandiyə görə, insanlar öz mahiyyətlərini özləri müəyyən etmədikdə, onların əvəzinə onu hakimiyyət edəcək. Beləliklə, zorakı və ya qeyri-zorakı seçim etməyən hər bir adamı hakimiyyət zorakı adama çevirir, hansı ki, asanlıqla onu məhv edir. Müasir dövrdə siyasi repressiyalarda evlərə silah qoyub həbslər həyata keçirmək və ya insanları olmayan çevriləşlərdə ittiham etmək öz mahiyyətini özü təyin etməyənləri hakimiyyətin təyin etdiyini sübut edir. Amma təpədən-dırnağa leqal şəkildə qeyri-zorakı mübarizə aparan kimsəni iqtidar silahlı çevrilişdə ittiham edə bilməz, etsə də nəticəyə nail ola bilməz. 1939-cu ildə Hitler reyxstaqı yandırıb, kommunistləri repressiya etmək istədikdə, bolqar kommunist Dimitrov öz müdafiə nitqini məhz bunun üzərində - seçilmiş mübarizə üsulunun onlara yad olması üzərində quraraq, bəraət almışdır.

Nə üçün xalq zülmə dözür? Qandi yazır: “Vətəndaş itaətsizliyinin iştirakçısı həbsə alınmasını və özünə qarşı zorakılıq tətbiq edilməsinin digər formalarını görür və alqışlayır. Dərk edir ki, onun fiziki cəhətdən azad olması yalnız bir görüntüdür və belə yaşamaq istəmir. Özünü inandırır ki, “dövlət, vətəndaş onun göstərişlərini yerinə yetirdiyi dərəcədə şəxsi azadlıq verir”. Buradan aydın olur ki, hakimiyyətin bütün göstərişlərini sözsüz yerinə yetirən heç bir insan azad ola bilməz. Çünki dövlət yalnız onun hakimiyyəti ilə sözsüz, qeyd-şərtsiz razılaşan adamlar barəsində tam hakimiyyətə malikdir. Diktaturada dövlət, azadlığı həbsxanada olmamaq kimi müəyyənləşdirir. Buradan aydın olur ki, itaətsizliyə görə dövlət cəzası olan həbsxanaya salınma həbsxanadan kənarda olduğundan daha çox azadlıq verir. Lakin həbsxana sözsüz tabe olmanın ağır çərçivəsində baş verir. Başqa sözlə, diktaturaya dözmək könüllü asılılıq, həbsxanaya düşmək məcburi asılılıqdır. Ləyaqəti olan insan məcburi asılılığı seçər, nəinki könüllü. Buradan da aydın olur ki, həbsxanaları doldurmağa hazır olmayan heç bir xalq küçələri doldura bilməz!

Bu gün öz passivliyinə, qorxaqlığına haqq qazandırmağa cəhd edərək, qeyri-zorakı mübarizədən imtina edənlər bir tərəfdən zorakılığa, digər tərəfdən məhrumiyyətlərə düçar olur. Yəni ikiqat uduzur. Qandi belə insanları şüurlu vicdansızlar, obrazlı olaraq şeytanın vəkili adlandırırdı. Qurani-Kərimdə də zülmə qarşı durmayanlar şeytanın şagirdləri kimi təyin olunub. Qandiyə görə, şeytanın vəkili olmaq yalnız özü ilə oynamaqla olar, hansı ki, bu zaman şəxsin mövqeyi yalnız ona məlum olur. Biz bunu narazıların etiraz etməməsi numunəsindən aydın görürük. Gizlində narazılıq edən milyonlarla vətəndaşın aşkar etirazlara çıxmaması əslində şeytana vəkilliyin təzahüridir.

Nəhayət, müxalifətdaxili çəkişmələr. Qeyri-zorakı mübarizənin əsas prinsiplərindən biri rəqibin düzgün seçilməsidir. Zorakılıq etməyən kiməsəyə qarşı qeyri-zorakı mübarizə aparmaq absurddur. Buradan aydın olur ki, öz sıralarından kimisə seçib, ona qarşı mübarizə aparmaq Don Kixotun yel dəyirmanı ilə vuruşması qədər əhəmiyyətlidir.

Allah-təala Quranda möhkəm şəriət qanunlarının sahibi olduğunu bəyan edir. Bu, o deməkdir ki, heç bir sosial qanun möhkəm, sərt ola bilməz. Buna görə, belə qanunlara sözsüz itaət etmək insanları kölə edir. Qandi azadlığı məhdudlaşdıran istənilən qanunu pozmağa çağırır. Amma o qanunlar ki ictimai həyatı tənzim edir, həmin qanunlara riayət etmək lazımdır. Müxalifətin onun fəaliyyətini Konstitusiyaya zidd məhdudlaşdıran heç bir qanuna tabe olma öhdəliyi ola bilməz. Belə qanunlara tabe olan qüvvə isə heç vaxt nəticə əldə edə, məqsədinə çata bilməz. Qandiyə görə, itaət qeyri-etik hərəkətdir. Yalnız şüurlu və vicdanlı razılaşma etik hesab oluna bilər. Hakimiyyətin ədalətsiz məcburetməsinə tabe olmaq qeyri-etik davranışdır, buna görə, belə davrananlar alçaldıcı vəziyyətə düşür. Əsl tabeçiliyin mahiyyəti ədaləstiz qanunlardan imtina, ədalətli qanunlara tabe olmaqdan ibarətdir. Bu cür davranış insandan cəsarət tələb edir. Çünki qanun özünün pozulmasını cəzalandırır. Cəzaya hazır olmayan kimsə ədalətsiz qanunu poza bilməz, belə qanunu pozmayan azad ola bilməz.

Qandi yazır: “Yaradıcı və məhsuldar şərait ümumi məqsədə nail olmaq işinə hər gün şəxsi töhfəsini verən, baş verənlər üçün şəxsi məsuliyyətindən imtina etməyən yaradıcı və qabiliyyətli adamlar tələb edir. Bu cür təşkilatı yaratmağın yeganə yolu qeyri-zorakılıq nümunəsidir”.

QEYRİ-ZORAKI MÜQAVİMƏT LİDERI

(Ardı var)

Sərdar CƏLALOĞLU

Loading...

QALEREYA