Nadir Bayramlı azan oxumasından danışdı: “Namaz qılıram, hacıyam” – Videolar

Nadir Bayramlı azan oxumasından danışdı: “Namaz qılıram, hacıyam” – Videolar

Son illər istər türkiyəli, istərsə də azərbaycanlı müğənnilərin azan oxuması diqqət çəkir. Əslən azərbaycanlı olan, dünyaca məşhur müğənni Sami Yusufun ilahilər və azan ifa etməsi rəğbətlə qarşılandığı qədər sevilir.

Türkiyədə Mustafa Cecelinin oxuduğu ilahilər və azanlar bəyənildiyi qədər tənqid də edilir. Məşhur müğənni Alişan isə Qurban bayramlarında və iftar süfrələrində azan oxuması ilə diqqət çəkir. Lakin o Mustafa kimi tənqid edilmir, daha çox müsbət rəylər alır..

Azərbaycanlı müğənni Nadir Bayramlının Göy məsciddə azan oxuduğu görüntülər sosial şəbəkədə yayılıb. Zaman-zaman müxtəlif məscidlərdə azan oxuyan ifaçının bu addımı rəğbətlə qarşılanıb.

Musavat.com mövzu ilə bağlı ifaçı ilə əlaqə saxlayıb. N.Bayramlı bildirib ki, 15 ildir namaz qılır: “15 ildir ki, namaz qılıram, ibadət əhliyəm. Həcc ziyarətinə gedib gəlmişəm, hacıyam. Allah arzusunda olan hər kəsə Həcc ziyarətini nəsib etsin. Əsasən cümə namazına getdiyim zaman azan oxuyuram. Azan oxumağım insanlar tərəfindən rəğbətlə qarşılanır. Çox zaman onların istəyi ilə azan oxuyuram. İnsanlardan rəğbət görmək məni qürurlandırır. Hər kəsə təşəkkür edirəm. Allahıma təşəkkür edirəm ki, qəlbimi Allah, din sevgisi ilə doldurub”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA