Nalbandyan: "Azərbaycan xarici işlər naziri ilə görüşümüz müsbət ab-havada keçdi"

Nalbandyan: "Azərbaycan xarici işlər naziri ilə görüşümüz müsbət ab-havada keçdi"

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla keçirdiyi son görüşün müsbət ab-havada keçdiyini bildirib.

Hurriyyet.org xəbər verir ki, o, bu barədə ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.

"Elmar Məmədyarovla dünənki görüşümüz, ümumilikdə, müsbət ab-havada keçdi. İndi hadisələrin inkişaf edəcəyini gözləyirik", - diplomat vurğulayıb.

E.Nalbandyan həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünü müsbət qiymətləndirərək tərəflərin ortaq fikrə gəldiklərini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər.

Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbandyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər./report/

  • Hamısı
  • Loading...