Namaz qılmaq adı ilə məscidə girdi - oğurluq edərkən gizli kameraya düşdü (VİDEO)

Namaz qılmaq adı ilə məscidə girdi - oğurluq edərkən gizli kameraya düşdü (VİDEO)

Türkiyənin Bursa şəhərində bir şəxs namaz qılmaq bəhanəsilə məscidə girib. O məsciddəki 100 illik saatı oğurlayıb və qaçıb. Həmin kadrlar məsciddəki təhlükəsizlik kamerası vasitəsilə lentə alınıb.
Məsciddə çalışanlar saatın yerində olmadığını görən zaman dərhal polisə müraicət edərək şikayətçi olduqlarını bildiriblər. Polislər şübhəlinin kimliyini təsbit etdikdən sonra onun başqa 2 mağazadan da oğurluq etdiyini öyrəniblər.

Oğru tapılsa da, məscidə aid olan 100 illik saat tapılmayıb. \\Unikal.org