Naməlum şəxs bıçaqla kütləyə hücum etdi - Ölən və yaralananlar var

  • 2018-11-09 12:28:26
  • |
  • Dünya /

Naməlum şəxs bıçaqla kütləyə hücum etdi -  Ölən və yaralananlar var

Avstraliyanın Melburn şəhərində naməlum şəxs bıçaqla polislərə hücum edib.

Hurriyyet.org xəbər verir ki, hadisədən əvvəl bir avtomobil ticarət mərkəzinin binasına çırpılıb, daha sonra isə alışmağa başlayıb.

Yanğın on dəqiqə ərzində söndürülb. Hadisə yerinə polis və fövqəladə qurumlar əməkdaşları cəlb olunub.

Bundan sonra naməlum şəxs polis zabitinə bıçaq çəkib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər bıçaq xəsarəti alıb, təqsirkar saxlanılıb.

Bıçaqlı şəxsin və daha bir nəfərin xəstəxanaya çatdırıldığı, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin terrorla heç bir əlaqəsinin olmadığı vurğulanıb.

Faktla bağlı araşdırma aparılır./report/

Loading...

QALEREYA