"Xalqımız onu qolu qandallı görmək istəyir" - Qüdrət Həsənquliyev

"Xalqımız onu qolu qandallı görmək istəyir" - Qüdrət Həsənquliyev

“Bu günlərdə vətən xaini Fəxrəddin Abbasov Azəabayacana ekstradisiya olundu. Xalqımız onun qolu qandallı həbsxanaya aparılmasını görmək istəyir. Lakin onun bu görüntüləri yayımlanmayıb. Əminəm ki, o, Azərbaycana etdiyi xəyaətə görə öz layiqli cəzasını alacaq”.

Hurriyyet.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Xaricdə olub söyüş söyənlər haqqında danışan Q.Həsənquliyev bildirib ki, namuslu kişi söyüş söyməz.

“Çünki bilir ki, söyüşün on qatı ona qayıdacaq”.

Q. Həsənquliyev çıxışı zamanı tikiniti şirkətlərinin bir mənzili çoxlu sayda insanlara satılması məsələsinə də toxunub.

Qeyd edib ki, tikinti şirkətlərinə notariat qaydada rəsmiləşdirmədən ev satmaq qadağa edilməlidir.