“Narkotiklərlə mübarizədə Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir” - SƏFİR

“Narkotiklərlə mübarizədə Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir” - SƏFİR

"Dünyada narkotiklərlə mübarizədə Azərbaycan bizim üçün dəyərli tərəfdaşdır. Azərbaycan bu istiqamətdə böyük rol oynayır. Ona görə də Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir".

Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çox bacarıqlı şəkildə İDEC-ə rəhbərlik edir: "Mən Azərbaycana cəmi 1 aydır gəlmişəm. Bu bir ay ərzində bir məsələnin şahidi olmuşam ki, Azərbaycan əhalisi qonaqpərvərdir. Hamımız narkotiklərlə mübarizənin mahiyyətini anlayırıq. Mən əminəm ki, biz birlikdə bu mübarizədə böyük uğurlara imza atacağıq".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA