Narsisizm nədir və niyə getdikcə daha çox adamda müşahidə olunur?

Narsisizm nədir və niyə getdikcə daha çox adamda müşahidə olunur?

Sosial mediada yazılanlar və rəqəmsal aləmdəki ümumi tendensiya narsisizmin getdikcə artması qənaətini yaradır.

Əslində, çox da yanlış qənaət deyil. Ruhi sağlamlıq üzrə mütəxəssislər hesab edirlər ki, gündəlik həyatda narsisizm çox yayğın və aydın xarakter alıb.

Son illərdə narsizmə həsr edilən bloq yazıları və kitabların da sayı xeyli artıb.

Müasir tendensiyanın nəticəsi olaraq "selfi nəsli" adlandırılan gənc nəsil sosial mediada "narsisist ovuna" başlayıb.

Nə üçün ətrafımızda əvvəlkindən qat-qat çox narsist var?

BBC müxbiri Jolyon Jenkins bunun səbəblərini araşdırıb.

Close-up shot of a sporty young man taking selfies with a mobile phone while working out in an underground parking lot

Narsisizm nədir?

Əvvəlcə narsisizmin nə olduğunu aydınlaşdırmaq lazımdır.

Narsisizm, yəni özünəvurğunluq bir çox şəxsi xüsusiyyətlərin bir araya gəlməsi nəticəsində meydana çıxır və bu xüsusiyyətlər əslində çox adamda var.

Onların yüksək ölçüdə olması tibdə narsistik şəxsiyyət pozuqluğu adlanır.

A very proud businesswoman pointing at herself with both forefingers, in a desk, at office.

Şəxsin narsisist olduğunu nədən bilmək olar?

Narsistik şəxsiyyət pozuqluğu üzrə mütəxəssis, britaniyalı terapevt Tennyson Lee deyir ki, psixiatorların istifadə etdiyi peşə kitabçasında bu xəstəliyin doqquz əlaməti göstərilib:

  • təkəbbür - uğurlarını və qabiliyyətlərini şişirdir;
  • böyük uğur, güc, ağıl, gözəllik və ya böyük sevgi xülyaları uydurur;
  • xüsusi və əvəzolunmaz biri olduğuna inanır;
  • çox bəyənilmək istəyir;
  • xüsusi münasibətə layiq olduğunu düşünür;
  • öz maraqları üçün başqalarından istifadə edir;
  • empatiyadan uzaqdır;
  • başqalarının uğurlarını qısqanır;
  • başqalarına qarşı sayğısız davranır, özündən razı davranışlar sərgiləyir.

Böyük ehtimal, sizin də ətrafınızda bu xüsusiyyətlərə malik insanlar var.

Amma Lee deyir ki, "şəxsiyyət pozuqluğu bu xüsusiyyətlərin özünə və ya ətrafındakılara zərər verəcək həddə təzahür etməsidir".

Man looking adoringly at his own reflection in a mirror.

Necə müalicə edilir?

Lee qeyd edir ki, narsisistik şəxsiyyət pozuqluğundan əziyyət çəkənlərin bir çoxu bunu depressiya zənn edirlər. O, antidepressiantların narsisizmin müalicəsində faydalı olmadığını vurğulayır.

"Narsisistik şəxsiyyət pozuqluğunu müalicə etmək çətindir" deyən Lee bildirir ki, müalicənin ən çətin qismi pasienti xəstə olduğuna inandırmaqdır. O, həmçinin qeyd edir ki, yaş artdıqca narsisizm əlamətləri azalır.

Bu xəstəliyin diaqnozunu qoymaq asan,dərəcəsini müəyyənləşdirməksə olduqca çətindir.

Mütəxəssislər sosial medianın narsisistik davranışları təşviq etdiyini bildirirlər.\\Milli.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA