NASA ən bahalı ateroidə uçuşa hazırlaşır

NASA ən bahalı ateroidə uçuşa hazırlaşır

Qızılla zəngin göy cisminin dəyəri 10 kvadrillion dollardır

NASA ən bahalı asteroidə uçuş planlaşdırır.

Hurriyyet.org-un məlumatına görə, layihənin rəhbərlərindən biri- Pol Çodas deyib ki, 2022-ci ildə baş tutacaq bu uçuş “son illərin ən həyəcanlı missiyası olacaq”. Çünki uşuş ediləcək asteroidin qiyməti olduqca fantastik qiymətə - 10 kvadrillion dollaradır.

Tərkibi dəmir, nikel və qızıldan ibarət olan asteroidin uzunluğu 250 kilometrdir. O, olduqca böyük elmi maraq kəsb edir. Göy cisminin strukturu, traektoriyası, hərəkəti, kimyəvi tərkibi astronomlara yalnız astrofizika haqda deyil, həm də kosmik obyektlərin quruluşu haqda əlavə bilgilər verəcək. Həm də bu tədqiqat kosmosda tam qiymətli metallardan ibarət obyektlərin olub-olmadığı haqda məlumatın alınmasına imkan yaradacaq.

Psixeya asteroidi İXİ əsrin ortalarında italyan astronom Neapol Qasparis tərəfindən kəşf edilib. Demək olar ki, tamamən metallardan ibarət olan bu göy cismi Günəş ətrafında Marsla Orbitin ellipsvari orbiti arasında dövr edir.

Alimlərin fikrincə, kimyəvi analiz nəticəsində onun tərkibində nə qədər qara və əlvan metallar olduğunu təyin etmək mümkün oacaq. Ehtimal edilir ki, asterioid ona qoyulan dəyərdən qat-qat bahalıdır.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA