NATO-dan Türkiyə AÇIQLAMASI

NATO-dan Türkiyə AÇIQLAMASI

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə ssitemləri alması qərarı ilə bağlı Vaşinqton-Ankara münasibətlərindəki böhranın dərinləşdiyi bir dövrdə NATO da məsələ ilə əlaqədar açıqlama verib.

NATO-nun Avropa Müttəfiq Qüvvələr komandanı Tod Volters ABŞ ilə Türkiyə arasındakı hərbi əlaqələrin “qəti və müsbət şəkildə möhkəm olduğunu” söyləyib.

Volters Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şahananın qarşıdakı həftə ərzində Brüsseldə keçiriləcək NATO müdafiə nazirləri sammitində görüşmək ehtimalının olduğunu da xatırladıb.

Hurriyyet.org