NATO-Gürcüstan birgə hərbi təlimləri başladı - Azərbaycan və Türkiyə də iştirak edir

NATO-Gürcüstan birgə hərbi təlimləri başladı - Azərbaycan və Türkiyə də iştirak edir

Hurriyyet.org xəbər verir ki, Gürcüstanın müdafiə nazirinin müavini Lela Çikovani, NATO-Gürcüstan birgə təlim proqramının heç bir ölkəni təhdid eləmədiyini bildirərək deyib: “Bu təlimlərin məqsədi Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsidir”.

Təlimlərdə ümumilikdə 24 ölkənin iştirak elədiyi NATO-Gürcüstan birgə hərbi təlim proqramı paytaxt Tiflis şəhərində başlanıb. Təlimlər martın 29-da başa çatacaq.

Təlimdə Türkiyə, Gürcüstan, Azərbaycan, Albaniya, Belçika, Bolgaristan, Çexiya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, İngiltərə, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, ABŞ, İsveç və Almaniyadan olan hərbçilər iştirak edirlər.

NATO-nun baş katibi Yens Stoltenberq, martın 25-də təlimlərə tamaşa eləməyə gələcək.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA