“NATO-nun Şərqi Avropada güclənməsi Rusiya üçün təhlükələr yaradır” - POLİTOLOQ

“NATO-nun Şərqi Avropada güclənməsi Rusiya üçün təhlükələr yaradır” - POLİTOLOQ

İlqar Vəlizadə: “Bu bəyanatlar informasiya müharibəsi çərçivəsində gedən hücumlardır”

Rusiya və NATO dəfələrlə bir-birinə qarşı bəyanatlar veriblər. Rusiya Xarici İşlər Nazirliyi yenə bəyanat yayıb ki, NATO Qara dəniz regionunu hərbiləşdirməklə məşğuldur.

“NATO Şərqi Avropada hərbi varlığını gücləndirir, hərbi və mülki infrastrukturu modernləşdirir. Rumıniyaya ABŞ-ın havadan müdafiə sistemləri yerləşdirilib. Dəniz və hava məkanında patrulların sayı artırılıb, başda Rusiya sərhədləri olmaqla, bölgədə kəşfiyyat fəaliyyəti aktivləşdirilib. NATO hərbi gəmilərinin Qara dənizdə qalma müddəti 80 gündən 120 günə qaldırılıb. Alyans bölgədəki hərbi planlarını gizlətmir",-deyə bəyanatda qeyd olunur.

Görünür, NATO-nun Şərqi Avropada hərbi varlığını gücləndirməsi Rusiyanı ciddi narahat edir. Buna görə də Rusiya aşkar bəyanat verir və qıcıq olur.

Rusiyanın bəyanatına cavab olaraq NATO Baş katibi Yens Stoltenberq Marşal Fondunda çıxışı zamanı deyib ki, NATO-nun genişlənməsi provokasiya deyil, suveren dövlətlərin müstəqil qərarıdır.

Qeyd edək ki, NATO-nun hazırda 29 üzvü var. Bundan öncə Rusiya dəfələrlə NATO-nu genişlənmə siyasətindən imtinaya səsləyib və bunu öz maraqlarına təhdid adlandırıb.

“Bunun üçün əsas həmin müqavilədən hər iki tərəfin çıxması deyil”

Картинки по запросу İlqar Vəlizadə

Rusiya XİN-nin bəyanatı ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin ləğv edilməsi fonunda hər iki tərəf, Amerika da, Rusiya da yeni raket əleyhinə sistemlərin tətbiqi ilə məşğuldur: “Amma fərq ondan ibarətdir ki, Rusiya bunu yalnız Rusiya sərhədləri çərçivəsində, Krım və yaxud Kalininqrad vilayəti daxilində edir. Kalininqrad vilayəti rəsmən Rusiyanın ərazisidir, Krım isə digər ölkələr tərəfindən tanınmamış, amma Rusiya tərəfindən birləşdirilmiş ərazi sayılır. Amma Amerika Birləşmiş Ştatları onu Rusiyaya yaxın ölkələrdə edir, Şərqi Avropa ölkələrini nəzərdə tuturam. Bu ilk əvvəl Polşa və Ruminiyadır. Polşa və Ruminiyada Amerikanın raket əleyhinə sistemi təzələnir və yaxud Amerikanın iştirakı ilə qurulur. O biri tərəfdən Amerikanın orta və yaxın mənzilli reketləri, xüsusilə də “Tomaqavk” tipli raketlər buraya gətirilir. Əlbəttə, bu vəziyyəti gərginləşdirir. Rusiya buna reaksiya verir. Amma bunun üçün əsas həmin müqavilədən hər iki tərəfin çıxması deyil, daha köklü əsas Krım və Rusiyanın Şərqi Ukraynadakı aktivliyi və bu separatçı qurumlara dəstək olmasıdır. Əsas məsələ budur. Əgər bu məsələ yaxın, yaxud uzaq perspektivdə çözülsə, onda əlbəttə ki, Rusiyanın Amerikaya və yaxud NATO-ya daha çox arqumenti ola bilər, desin, bu raketləri bu regionlardan çıxart”.

“Bu bəyanatlar informasiya müharibəsi çərçivəsində gedən hücumlardır”

“Rusiyanın NATO-dan narazılığını aşkar bəyanat şəkilində ifadə etməsi nə məqsəd daşıyır” sualına İ. Vəlizadə belə cavab verdi: “Hər halda regiona raketlər gətirilir. Burada müəyyən hərbi-siyasi aktivlik baş verir və buna reaksiya vermək lazımdır, bunu səssiz qəbul etmək olmur. Yəni ictimaiyyət narahatdır, ictimiayyətin narahatçılığına cavab olaraq da belə bəyanatlar səsləndirilir. Hazırda hibrid müharibələri gedir. Təkcə raket, yaxud silah bu müharibələrdə rol oynamır, digər, xüsusilə də informasiya vasitələri bu məsələlərdə müəyyən rol oynayır. Bu bəyanatlar informasiya müharibəsi çərçivəsində gedən hücumlardır. Yəni bu cür bəyanatlar səsləndirilir, kim bu bəyanatları kifayət qədər yaxşı əsaslandırsa, deməli, bunun informasiya müharibəsi daha təsirli görsənə bilər”.

“Rusiyanın bu regionda müttəfiqi təkcə Belarusdur, başqa müttəfiqləri yoxdur”

İ.Vəlizadə vurğuladı ki, NATO-nun Şərqi Avropada güclənməsi Rusiya üçün müəyyən təhlükələr yaradır: “Çünki soyuq müharibədən sonra bu regionda paritet çoxdan pozulub. Yəni qabaqlar Sovet İttifaqı ilə Amerika arasında paritet vardı. Çünki regionda iki blok, biri Varşava müqaviləsi paktı, bir də ki, NATO fəaliyyət göstərirdi, İndi Varşava müqaviləsi paktı yoxdur, hətta onun üzvləri NATO-ya qoşulub, Rusiya demək olar ki, təkdir, Rusiyanın bu regionda müttəfiqi təkcə Belarusdur, başqa müttəfiqləri yoxdur. Ona görə də paritet pozulub. Rusiyanın sərhəddinə yaxın bu raketlərin yerləşdirilməsi müəyyən dərəcədə Rusiyaya təzyiq kimi hesablana bilər. Sual oluna bilər ki, kim bu raketlərdən birinci istifadə edəcək? Əlbəttə, ki, mən düşünmürəm ki, NATO baş qərargahı yaxud Amerikanın baş qərargahı bu raketləri praktikada tətbiqi il bağlı hansısa bir əməli iş görə, yəni bundan Rusiyaya qarşı istifadə oluna bilər. Və yaxud mən düşünmürəm ki, Rusiyanın raketləri hazırda NATO-ya qarşı istifadə ola bilər. Amma fərz edək ki, hərbi-siyasi vəziyyət gəriginləşsə, xüsusilə də son vaxtlar Baltik dənizində və yaxud Qara dənizdə bu vəziyyət gərginləşir, onda belə ehtimallar çoxalır. Çünki Baltik dənzindən Rusiya Almaniyaya “Şimali axın-2” boru xəttini çəkir. Bununla bağlı çoxlu narazıçılıqlar var, Baltikyanı ölkələr deyirlər ki, bu müəyyən ekoloji tarazlığı pozur və biz onun əleyihnə çıxış edirik. Əgər bu layihəyə hansısa bir ciddi təpki olsa, onda Rusiyanın burada qoşunları aktivləşə bilər. Rusiyanın qoşunlarının aktivləşməsi isə Qərbin qoşunlarının aktivləşməsinə gətirib çıxara bilər və burada hərbi təxribatların çoxalmasını istisna etmək olmaz. Bax, onda bu raketlərin artıq işə salınması prosesi baş verə bilər. Yaxud da Qara dənizdə çox mürəkkəb proseslər gedir, NATO bu regionda öz bazalarını qurur yaxud mökəmləndirir. Bu da Rusiyanın bazalarını möhkəmlənməsinə gətirib çıxarır. Rusiya son vaxtlar burada yeni 4-cü nəsil raketlərini öz hərbi gəmilərinə gətirib, quraşdırır. Əlbəttə, bu da müəyyən gərginlik gətirə bilər. Hər hansı bir qığılcım, məsələn, keçən il dekbar ayında Azov dənizində bir insident baş vermişdi, hansısa tərəfin NATO-ya müraciəti, yaxud kiçik hərbi əməliyyatların baş verməsi digər oyunçuları da bu məsələyə cəlb etməyə imkanlar yaradır. Amma biz düşünürük bu raketlərin burada yerləşdirilməsinin heç bir real təsidir yoxdur, lakin iş orasındadır ki, hər an burda eskalasiya baş verir. Əgər bu eskalasiya davam etsə, əlbəttə, bu raket əleyinə sistemlər vacib hərbi amilə çeviləcək”.

“Onlar bu qərarları təzyiqlər altında qəbul edirlər”

“NATO Baş katibi Yens Stoltenberqin qeyd etdiyi kimi, NATO-nun genişlənməsi suveren dövlətlərin müstəqil qərarıdırmı” sualına politoloqun cavabı belə oldu: “Bəli, bu müstəqil dövlətlərin suveren qərarıdır. Amma onlar bu qərarları təzyiqlər altında qəbul edirlər. Düzdür, onlar bu qərarları özləri qəbul edirlər, heç kəs onları məcbur etmir, amma təzyiqlər var. Əgər təzyiqlər olmasaydı, bəlkə bunlar başqa cür yanaşardı. Baxın, bu ölkələr hansılardı, Ukraynadı, Gürcüstandı, Moldavadı və Balkan ölkələridi. Bunlar daha çox NATO-ya meyllidirlər. Bu ölkələr niyə NATO-ya meyllidirlər? Çünki onların dövlətçiliyi avroatlantizim standartlarına söykənir. Onlar düşünürlər ki, avroatlantika ailəsinə üzv olmaq üçün şərtlərə əməl etməlidirlər, NATO və Avropa İttifaqına üzv olmalıdırlar. Yəni bu, avroatlantika ailəsinə qoşulmaq üçün şərtdir. Əslində, bunu istiqamət kimi seçmələri onların şəxsi işidir. Hansısa bir ölkə buna qarışmalı deyil. Bu başqa məsələdir ki, NATO, Avropa İttifaqı onları qəbul etməyə hazırdırmı? Amma seçim onlarındır, yəni burada heç bir təzad yoxdur”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA