NATO-nun RUSİYA ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ «İTİRİLİB» – Bəs, sonra?

NATO-nun RUSİYA ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ «İTİRİLİB» – Bəs, sonra?

Dalaşqan Rusiya və getikcə daha güclü olan Çin dünya liderlərini nəhəng güclərlə rəqabət aparmağa məcbur edir. Gürcüstanda, Ukraynada və Suriyada özünün strateji maraqlarını qorumaq üçün Moskva hərbi gücdən istifadəyə hazır olduğunu nümayiş etdirdi. Bu maraqlar Amerika Birləşmiş Ştatları (ABŞ) və NATO-nun məqsədləri ilə daban-dabana ziddiyyət əşkil edir.

ABŞ qərargah rəisləri Birləşmiş Komitəsinin sədri xəbərdar edib ki, son illər NATO-nun getdikcə daha da aqressiv olan Rusiya üzərindəki üstünlüyü artıq itirilib ki, bu da 70 il əvvəl yaradılmış alyansı məcbur edir ki, dirçəlməkdə olan Rusiyaya qarşı dura bilmək üçün öz strategiyasına yenidən baxsın.

«Azadlıq Radiosu Avropa/Azadlıq Radiosu»nun xəbər verdiyi kimi, general Jozef Danford çərşənbə axşamı Sloveniyada NATO hərbi komitəsinin iclasından sonra, jurnalistlər qarşısında çıxış edib. Onun sözlərinə görə, NATO-nun may ayında razılaşdırılmış yeni hərbi strategiyası iclasda müzakirə olunub.

Dalaşqan Rusiya və getdikcə daha da güclənən Çin dünya liderlərini nəhəng güclərlə rəqabət aparmaq barədə düşünməyə məcbur edib. ABŞ-ın çoxillik və mübahisəsiz dünya ağalığı postsovet dövründə sona yaxınlaşır və transatlantik alyansı yaranmış bu yeni reallığa üz çevirməyə məbur edir.

Ən ciddi təhlükə Rusiyadır. Gürcüstada, Ukraynada və Suriyada Moskva nümayiş etdirdi ki, özünün strateji maraqlarını qorumaq və onları saxlamaq yolunda hərbi gücdən istifadə etməyə hazırdır. Əksər hallarda bu maraqlar ABŞ və NATO-nun məqsədləri ilə birbaşa ziddiyyət təşkil edir.

May ayında NATO komandanlığı alyansın yeni hərbi strategiyasını qəbul edib. Britaniya aviasiyasının Baş marşalı ser Stüart Piç bəyan edib ki, yeni strategiya «alyansın əsas missiyasını yerinə yetirməyə – demək olar, 1 milyard insanın müdafiəsinə nail olmağa imkan verəcək».

Çərşənbə axşamı Danford mətbuat konfransında bəyan edib: «Rusiya rəqibdir və NATO-nun dirçələn Rusiya üzərində üstünlüyü itirilib».

danford

Generalın sözlərinə görə, NATO-nun hərbi rəhbərliyi «qüvvələr nisbətinin belə dəyişməsini etiraf edir». General deyib ki, məhz bu, may ayında alyansın strategiyasına yenidən baxılmasının əsas səbəblərindən biri olub. «İndi biz, NATO-da daha mükəmməl və ardıcıl razılaşdırılmış planlaşdırma həyata keçiririk və potensialımızı birgə səylərlə möhkəmlədirik» – Danford izah edib.

Ötən ay Danford bəyan edib ki, ABŞ və onun NATO üzrə müttəfiqləri düşmən dövlətlərin çoxsaylı təhdidləri ilə üzləşirlər.

General qeyd edib ki, Rusiya Gürcüstanda, Ukraynada və Suriyada özünün hərbi kampaniyalarını və digər ölkələrdə fəal tədbirlərini həyata keçirib. Bununla bir sırada o, «orta və qısa mənzilli raketlərin ləğvi barədə Müqaviləyə uyğun gəlməyən silahlarla silahlanıb. Prezident Putin fəxrlə öz silahının imkanlarından söhbət açır. Bu silahlar isə Amerikaya təhlükə yaratmaq üçündür».

Bu zaman Çin getdikcə daha inamla irəliləyir, Cənubi-Çin dənizi rayonunda mübahisəli əraziləri silahandırır və özünün silahlı qüvvələrinə başgicəlləndirici məbləğlər xərcləyir – xüsusilə də hərbi-dəniz donanmasına.

Danfordun sözlərinə görə, soyuq müharibə bitəndən sonra, həm Rusiya, həm də Çin ABŞ-ın hərbi strategiyasını, imkanlarını və nailiyyətlərini diqqətlə öyrəniblər və Amerikanın zəif tərəflərinə hesablanmış texnologiyalar və strategiyalar işləyib hazırlamağa cəhd göstəriblər.

«1990-cı illərdə bizim və ABŞ-ın elə də güclü rəqibləri olmayıb. Odur ki, potensialı daha düşünülmüş tərzdə inkişaf etirməyə də ehtiyac qalmayıb» – Danford əlavə edib.

Newsweek» (ABŞ)

«Tərcümə «AzPolitika»nındır