NATO təsadüfən ABŞ-ın Avropada yerləşdirdiyi nüvə silahlarının yerini açıqladı – 150 BOMBA VARMIŞ!

NATO təsadüfən ABŞ-ın Avropada yerləşdirdiyi nüvə silahlarının yerini açıqladı – 150 BOMBA VARMIŞ!

Hurriyyet.org xəbər verir ki, NATO-nun Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin üzvü Cozef Dey öz hesabatında təsadüfən ABŞ-ın Avropada yerləşdirdiyi nüvə silahlarının yerini açıqlayıb. Kanadalı senatorun hesabatına görə, Avropa qitəsində Amerika Birləşmiş Ştatlarına məxsus 150 bomba yerləşdirilib.

“Vaşinqton Post” qəzetinin yazdığına görə, sənəd aprel ayında dərc edilsə də, sonradan internetdən silinib, bir müddət sonra isə məxfi məlumatlar ixtisar edilərək, yenidən şəbəkəyə yerləşdirilib.

Lakin, Belçikanın “De Morgen” nəşri iyulun 16-da sənədin ilkin versiyasının surətini yenidən dərc edib. Nəşrin informasiyasına görə, hesabatın yeni versiyası internet şəbəkəsinə 11 iyul tarixində yerləşdirilib. Nəşr sənədin rəsmi olduğunu, iyunun 1-də Slovakiyanın paytaxtı Bratislava şəhərində, NATO-nun Parlament Assambleyasına müzakirə edildiyini qeyd edir.

“Nüvə silahından çəkindirmənin yeni erası? Müttəfiq qüvvələrinin modernləşməsi, silahlara nəzarət və nüvə qüvvələri” adlı hesabatın birinci versiyasına deyilirdi ki, ABŞ-ın nüvə silahı Amerika ilə Avropadakı altı hərbi bazada yerləşir. Avropadakı bazalar bunlardır: Belçikada “Kleine Brogel”, Almaniyada “Büchel”, İtaliyada “Aviano” və “Ghedi-Torre”, Hollandiyada “Volkel” və Türkiyədə “İncirlik” hərbi bazaları.

Ümumilikdə, hesabatda deyilirdi ki, NATO missiyası çərçivəsində Birləşmiş Ştatlar özünün 150-yə qədər nüvə bombasını Avropada yerləşdirib. Onların arasında B61 bombaları da var.

Hurriyyet.org