Naxçıvanda dəhşət: Ər-arvad faciəvi şəkildə öldü

Naxçıvanda dəhşət: Ər-arvad faciəvi şəkildə öldü

Naxçıvanda ər-arvadın olduğu avtomobilin suya düşməsi nəticəsində onların hər ikisi ölüb.

Hurriyyet.org xəbər verir ki, Şahbuz rayonunda 46 yaşlı Həsən Abbasovun idarə etdiyi "Saipa" markalı maşın idarəetmədən çıxaraq Vayxır su anbarına düşüb.

Sürücü və maşında olan həyat yoldaşı 43 yaşlı Ruhiyyə Abbasova suda boğularaq ölüb.

Onların meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA