Nazarbayev Avrasiya İqtisadi İttifaqının fəxri sədri seçilə bilər - Vəzifə məxsusi olaraq onun üçün təsis edilir

Nazarbayev Avrasiya İqtisadi İttifaqının fəxri sədri seçilə bilər - Vəzifə məxsusi olaraq onun üçün təsis edilir

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəxri sədri seçilə bilər.

Məlumatlı mənbəyə istinadla, «Kommersant» qəzetinin yazdığına görə, bu vəzifə məxsusi olaraq Nazarbayev üçün təsis edilir.

Mənbənin sözlərinə görə, Nazarbayevin təcrübəsi və nüfuzu təşkilatın beynəlxalq səhnədə mövqeyinin güclənməsinə kömək edər.

Xatrlatmaq yerinə düşər ki, Avrasiya İqtisadi İttifaqının yaradılması ideyası məhz Nazarbayevə məxsusdur. Bu təşkilata Qazaxıstandan başqa Rusiya, Belorus, Qırğızıstan və Ermənistan da daxildir./azpolitika.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA