Nazarbayev erkən prezident seçkilərinin olmayacağını bildirdi: "Gəlin, sakitləşək və normal işləyək”

  • 2019-02-05 14:51:04
  • |
  • Dünya /

Nazarbayev erkən prezident seçkilərinin olmayacağını bildirdi: "Gəlin, sakitləşək və normal işləyək”

Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev bəyan edib ki, ölkədə erkən prezident seçkiləri elan etmək niyyəti yoxdur.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytında yerləşdirilən müraciətdə deyilir.

“Bəli, konstitusiyaya və qanunlara uyğun olaraq prezidentin erkən seçkilər elan etmək hüququ var, amma bu bizə təhdid yaratmır. Gəlin, sakitləşək və normal işləyək” – Nazarbayev bildirib.

Qeyd edək ki, 2018-ci ilin dekabrında Nazarbayev ölkədə erkən prezident seçkilərinə hazırlıq barədə yayılan məlumatları təkzib edərək bildirmişdi ki, dövlət başçısının seçilməsi ilə bağlı seçkilər 2020-ci ilin dekabrında keçiriləcək. Daha sonra isə o, Konstitusiya Şurasından prezident səlahiyyətlərinin dayandırılmasına dair normaları aydınlaşdırmasını istəmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA