Nazarbayev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının FƏXRİ SƏDRİ OLDU

Nazarbayev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının FƏXRİ SƏDRİ OLDU

Hurriyyet.org xəbər verir ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəxri sədri olub.

Nazarbayev Qazaxıstanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Nazarbayev görüş zamanı iki qardaş ölkə arasındakı əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib və deyib: “Müstəqilliyimizin ilk illərindən bəri Türkiyə həmişə bizi dəstəkləyib. Dövlətlərimiz və xalqlarımız bir-birinə çox yaxındırlar. Biz iki ölkə arasında vizasız rejim tətbiq eləmişik. Qazaxıstan ilə Türkiyənin münasibətləri ildən ilə möhkəmlənir”.

Nazarbayev Türk Şurası çərçivəsində dövlətlərəarası əlaqələrin inkişafının zərurətini də söyləyib: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türk xalqlarının arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı məqsədi ilə yaradılıb. Bu işi davam etdirmək lazımdır. Mən hərtərəfli dəstək göstərəcəyəm”.

Çavuşoğlu da N.Nazarbayev də onu salamlayaraq prezident R.T.Ərdoğanın yaxın zamanda onu Türkiyəyə səfərə dəvət elədiyini bildirib.

Görüş zamanı Türkiyə Respublikasının xarici işlər naziri bildirib ki, Türk Şurası dövlətlərinin liderlərlərinin qəbul elədiyi qərarla türk dünyasının inkişafında böyük töfhəsinə görə, Nursultan Nazarbayevə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ömürlük Fəxri Sədri statusu verilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA