Nazir aksiya keçirən qadının boğazından tutdu və... - FOTOLAR

Nazir aksiya keçirən qadının boğazından tutdu və... - FOTOLAR

İngiltərədə Mühafizəkarlar Partiyasının üzvü olan nazir Mark Fieldin nümayişçi qadına qarşı şiddət tətbiq etdiyi anlar böyük etiraza səbəb olub.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, qadının boğazını sıxan Field özünü “Qadın silahlı ola bilərdi” deyə müdafiə edib.

Londonda maliyyə naziri Filip Hammondun təşkil etdiyi illik Mansion House toplantısına, Mühafizəkarlar Partiyasından olan nazir Mark Fieldin bir qadına hücum etdiyi anlar damğa vurub.

İqlim dəyişikliyinə etiraz etmək üçün salonda olan bir Greenpeace fəalı Asiyaya məsul dövlət naziri M.Field tərəfindən fərq edilib.

Çəkilişlərin aparılmasının fərqində olmayan Field öncə stulundan qalxaraq qadın nümayişçilərdən birini sütuna doğru itələyib. Qadının boğazından tutan Field daha sonra onun boynunun arxasından sıxaraq kobud şəkildə bayıra atıb. Salonda oturanların Fieldə hər hansı formada etiraz etməməsi isə gözdən qaçmayıb.

Polis nümayəndələri isə qadın bayıra atılandan sonra hadisəyə reaksiya veriblər. Mediaya açıqlamasında isə polis bildirib ki, “Nümayişçilər iş birliyi etdilər və məkanı tərk etdilər. Heç kim saxlanmadı, göz altına alınmadı”.

Fieldin nümayişçiyə şiddət tətbiq etdiyi anlar isə sosial mediada geniş əks-səda yaradıb. Gördüyü etirazlardan sonra açıqlama verən Field isə bildirib ki, intuisiyası ilə hərəkət edib: “Təhlükəsizlik xidməti əməkdaşları yox idi. Bir anlıq qadının silahlı ola biləcəyindən narahat oldum. Baş verənlərə görə peşmanam. İstisnasız olaraq, hər kəsdən üzr istəyirəm”.

Hadisənin ardınca müxalif millət vəkilləri Fieldin istefa verməsi və vəzifədən azad edilməsi ilə bağlı çağırış ediblər. Hazırda onunla bağlı istintaq başlanıb.

İngiltere bu skandal görüntüleri konuşuyor! Bakan Mark Field eylemciye böyle saldırdı

İngiltere bu skandal görüntüleri konuşuyor! Bakan Mark Field eylemciye böyle saldırdı

İngiltere bu skandal görüntüleri konuşuyor! Bakan Mark Field eylemciye böyle saldırdı