Nazir departament direktorunu işdən çıxardı

Nazir departament direktorunu işdən çıxardı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Hurriyyet.org mia.az-a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən kənarlaşdırılıb.

Nazir departament rəisi vəzifəsini müvəqqəti olaraq Ağadadaş Qaraşova tapşırıb.

Qeyd edək ki, Ağaqardaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Xəbəri nazirlikdən təsdiqləyiblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA