Nazir iki şöbə müdirinə yeni vəzifə verdi - ƏƏSMN-də dəyişiklik

Nazir iki şöbə müdirinə yeni vəzifə verdi - ƏƏSMN-də dəyişiklik

Nazir Sahil Babayev iki şöbə müdirinə yeni vəzifələr verib.

Hurriyyet.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən bildirir ki, Sahil Babayevin əmrinə əsasən, nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova etik müvəkkil təyin edilib.

O, nazirlik sistemində etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli işlərini yerinə yetirəcək.

Əmrə əsasən, həmçinin informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi və onun əldə olunmasının təşkili məqsədilə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA