Nazir kök olduğu üçün sərəncama götürdüyü rəisə YENİ VƏZİFƏ VERDİ

Nazir kök olduğu üçün sərəncama götürdüyü rəisə YENİ VƏZİFƏ VERDİ

Daxili İşlər naziri Ramil Usubov sərəncama götürülən rəisə yeni vəzifə verib.

Hurriyyet.org bildirir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ruslan Hüseynov Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Təyinat xəbərini Nərimanov rayon Polis İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Minval.az-ın məlumatında bildirilir ki, bir neçə gün öncə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları – Loğman İsmayılov və Rəşid Məcidov kök olduqları üçün normativləri yerinə yetirə bilmədiklərinə görə vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülmüşdü.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA