Nazir ödəmələrin gecikdirilməsi ilə bağlı narazılıqlara münasibət bildirdi

Nazir ödəmələrin gecikdirilməsi ilə bağlı narazılıqlara münasibət bildirdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı səsləndirilən narazılıqlara münasibət bildirib.

Hurriyyet.org xəbər verir ki, nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə gecikmənin şəhidlərə bağlı sənədlərin toplanması ilə bağlı olduğunu deyib.

Nazir bildirib ki, məsələ ilə əlaqədar ötən ilin oktyabr ayının sonunda ilkin məlumat toplandı və işlərə start verildi: "Müraciətlər toplanandan sonra noyabrdan etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sığorta şirkəti ilə iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar bir aya toplanıldı. Yekun qərarda 2700-dən artıq insanın sənədləri bir araya gətirildi".

Proqramın hazırlanması üçün prosesin 3 ay çəkdiyini xatırladan S.Babayev qeyd edib ki, 3000-ə yaxın insanın sənədlərin toplanması asan məsələ deyil: "Biz hər bir sənədə bir-bir baxırdıq. Daxili İşlər Nazirliyi arxivlərindən 461 polis şəhidinin məlumatlarını bizə təqdim etdi. Bunu ona görə açıqlayıram ki, adətən pərdə arxasında olan iş tam olaraq məlum olmur. Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında çıxışı zamanı sənədlərin toplanıldığını və işlər yekunlaşdıqdan sonra qərar veriləcəyini bəyan etmişdi"./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA