Nazir pensiyaların neçə faiz artdığını açıqladı

Nazir pensiyaların neçə faiz artdığını açıqladı

Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək.

Hurriyyet.org xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

O bildirib ki, əmək pensiyalarının artımı sığorta hissəsinin üzərinə əlavə olunur: "2017-ci il üzrə orta aylıq əmək haqqının artım tempi 5,7 faiz təşkil edib. Buna uyğun olaraq da pensiyalar 5,7 faiz artırılacaq".

Qeyd edək ki, iqtisadçı ekspert Qubad İbadoğlu pensiyaların artımı ilə bağlı qərarı şərh edib. O bildirib ki, pensiyalara tətbiq edilən artıma əsasən, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpik olacaq./report/

Loading...

QALEREYA