Nazir "Diqlas"dakı sahibkarlara nə vaxt pul ödəniləcəyini AÇIQLADI

Nazir "Diqlas"dakı sahibkarlara nə vaxt pul ödəniləcəyini AÇIQLADI

"Gələn həftədən "Diqlad" ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək".

Hurriyyet.org report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"Dövlət başçısının Ehtiyat Fondundan ilkin vəsait ayrılıb. Bu vəsait hesabına ödənişlərin həyata keçirilməsinə başlayacağıq", - deyə nazir qeyd edib.

O, iş adamlarına dəymiş ziyanın necə müəyyənləşdiriləcəyi barədə də danışıb: "Vergi-gömrük orqanları vasitəsilə sahibkarlara dəymiş zərərin məbləği müəyyənləşdiriləcək".

Bundan başqa, nazir əlavə edib ki, sahibkarlara illik 1%-lə güzəştli kreditlər verilə bilər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA