Nazir şöbə müdirini işdən çıxardı - Yerinə təyinat oldu

Nazir şöbə müdirini işdən çıxardı - Yerinə təyinat oldu

Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini işdən çıxarıb.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Ceyhun Bayramovun müvafiq əmri ilə, nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyevvəzifəsindən azad olunub.

Onun yerinə İlqar Mahmudov təyin olunub.

Xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, İlqar Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.