“Nazirlər Kabineti ilə Prezident Aparatı birləşdirilməlidir” – SÜLHƏDDİN ƏKBƏR

“Nazirlər Kabineti ilə Prezident Aparatı birləşdirilməlidir” – SÜLHƏDDİN ƏKBƏR

Azər Qasımlı: “Heç bir yenilik olmayacaq”

“Hökumət bir aydan sonra istefa verəcək”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Zahid Oruc deyib.

Z. Oruc bildirib ki, prezident seçkilərindən sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq: “Yeni hökumətin formalaşması isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə olacaq. Yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək və buna tələblərə cavab verən şəxslər komanda da yer alacaq”.

Keçmiş Dövlət Təhlükəsizliyi nazirinin müavini Sülhəddin Əkbər Hurriyyet.org-a dedi ki, hökumətin istefa verməsi texniki prosedurdur: “Əgər prezident yenidən seçilirsə və yaxud yeni prezident seçilirsə, texniki səviyyədə hökumət buraxılır və yeni hökumət təşkil olunur”.

“Azərbaycana 13-15 nazirlik lazımdır”

“Prezidentli bir respublika idarə üsulunda baş nazirin kim olacağı nəyi müəyyən edir ki? O formal bir məsələdir. Çünki prezidentli respublikda icra hakimiyyətinin başçısı Prezidentdir. Əslində, baş nazir postu ləğv olunmalıdır, ona heç bir ehtiyac yoxdur, hökumət də struktur islahatına getməlidir və Nazirlər Kabineti kiçildilməlidir, nazirliklərin sayı azaldılmalıdır. Azərbaycana 13-15 nazirlik lazımdır. Bundan artıq nazirliyə ehtiyac yoxdur. Çünki Azərbaycan kiçik ölkədir, bu qədər nazirliyə, böyük kabinetə ehtiyac yoxdur. Nazirlər Kabineti ilə də Prezident Aparatı da birləşdirilməlidir. Yəni icra strukturu vahid olmalıdır, onun başında Prezident durmalıdır və hər şeyə görə də məsuliyyəti o, daşımalıdır. Sadəcə məsuliyyətdən yayınmaq üçün Nazirlər Kabinetini və baş nazir postunu saxlayırlar”, - deyə S.Əkbər vurğuladı.

“Köhnə insanları dəyişmək cəhdlərini görmürük”

“İlham Əliyev İlqar Məmmədovu buraxmaq istəsə...” - AZƏR QASIMLI

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı isə dedi ki, heç bir yenilik gözləmir: “Zahid Orucun dediyi o demək deyil ki, o, dediyi kimi olacaq. Mən hesab edirəm ki, heç bir yenilik olmayacaq. Ən azı belə bir yeniliyin olacağını görmürəm. Çünki gördüyümüz ondan ibarətdir ki, köhnə komanda qalıbdır, köhnə insanları dəyişmək cəhdlərini görmürük. Təbii ki, bu Nazirlər Kabineti istefaya göndəriləcək. Amma mən fikirlşərəm ki, bu müvəqqəti olacaq, sonra yenidən bu adamların bərpa ediləcəyi görsənir. Hansısa bir ciddi dəyişiklik gözləmirəm”.

“Bu, sisteminin dəyişməsi anlamına gəlmir”

“Ola bilər hansısa nazir dəyişsin. Amma bir nazirin başqa nazirlə dəyişməsi bu sistemin dəyişməsi, yaxud müsbətə doğru nəyinsə olması anlamına gəlmir. 1-2 nəfəri dəyişməklə olmur”, - deyə REAL sözçüsü qeyd etdi.

Şamo EMİN, Huriyyet.org

Loading...

QALEREYA