Nazirlik “AtaBank”ın borcunu qaytaracaq – Məhkəmə qərarı

Nazirlik “AtaBank”ın borcunu qaytaracaq – Məhkəmə qərarı

“Atabank” Açıq Səhmdar Cəmiyyətinin Müdafiə Sənayesi Nazirliyinin “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsinə baxılıb.

Ərizədə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə cəmi 1 milyon 402 min 884 manat kredit borcunun tutularaq banka ödənilməsini xahiş edib.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, “Atabank” MMC-nin iddiası təmin edilib.

Qeyd edək ki, “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” MMC Müdafiə Sənayesi Nazirliyinin hüquqi varisi hesab edilir. \\Qaynarifo

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA