Nazirlik qarayaraya yoluxan xəstələrin durumunu açıqladı

  • 2019-09-10 12:07:08
  • |
  • Ölkə /

Nazirlik qarayaraya yoluxan xəstələrin durumunu açıqladı

Səhiyyə Nazirliyi Sabirabadda qarayaraya yoluxan xəstələrin durumunu açıqlayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həmin şəxslərin müalicəsi davam edir, vəziyyətləri normaldır.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşdırmalara başlanılıb.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib./apa/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA