Nazirlik və "Formula 1"ə ayrılan pullar - Palata yoxlama apardı

  • 2019-01-31 17:04:09
  • |
  • Ölkə /

Nazirlik və "Formula 1"ə ayrılan pullar - Palata yoxlama apardı

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Hurriyyet.org Palataya istinadən xəbər verir ki, iclasda Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman kompleksləri üzrə daxilolmalar və xərclər, dövlət borcunun formalaşması və ona xidmət edilməsi və "Formula-1” yarışının keçirilməsinə ayrılan vəsaitlərin icrasına dair nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub: -

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul edilib.

Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA