Nazirlikdən itlərin güllələnməsinə REAKSİYA

  • 2018-11-07 10:27:51
  • |
  • Aktual /

Nazirlikdən itlərin güllələnməsinə REAKSİYA

Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.

Hurriyyet.org-un xəbərinə görə, bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bildirib ki, ETSN heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Nazirlik sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır: "Bildiririk ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb”.

Loading...

QALEREYA