Nazirliyin 4 regional idarə rəisi işdən çıxarıldı

  • 2019-03-07 17:00:13
  • |
  • Ölkə /

Nazirliyin 4 regional idarə rəisi işdən çıxarıldı

2018-ci ilin dekabrından indiyədək meşə təsərrüfatının 52 əməkdaşı işdən çıxarılıb.

Hurriyyet.org xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyev həmin şəxslərin meşələrin mühafizəsi üzrə vəzifələrini düzgün yerinə yetirmədiyi üçün işdən azad edildiyini söyləyib:

"Çox əfsuslar olsun ki, vəzifəyə təyin etdiyimiz bu şəxslərin təşkilatçılığı zəif olduğu üçün onlarla əməkdaşlığı davam etdirə bilmədik. Buna görə də Şəki, Masallı, Şamaxı və Lənkəranda regional idarə rəislərini vəzifələrindən azad etdik"./Trend/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA