“Nə üçün müharibəyə çağırış etməliyik?” - Milli Məclisin sədri

“Nə üçün müharibəyə çağırış etməliyik?” - Milli Məclisin sədri

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə əlaqədar müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?”

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

“Dağlıq Qarabağda yaşayanlara deyirik ki, Azərbaycan vətəndaşlarıdır, biz dünyaya bu çağırışı edirik. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi sülh yolu ilə mümkün ola bilərsə, nə üçün buna qarşı çıxmalıyıq. Ermənistanın bir ağılsız naziri çıxış edir ki, Azərbaycanda torpaq almalıyıq. Onlar başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər, boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər”-deyə O.Əsədov qeyd edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA