​Nəcməddin Sadıkov pensiyaya göndərilir? - GENERAL ÜÇÜN QƏRAR ANI

​Nəcməddin Sadıkov pensiyaya göndərilir? - GENERAL ÜÇÜN QƏRAR ANI

Baş qərargah rəisi Nəcməddin Sadıkovun adamları sayılan şəxslər ordudan azad edilib.
Hurriyyet.org xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun dəftərxana rəisi general-mayor Aleksandr Vasyak və baş qərargah rəisinin birinci müavini kimi yaşı ilə əlaqədar ordudan təxris olunmuş, dərhal sonra Koordinasiya İdarəsinə rəis təyin edilmiş general-leytenant Eyvaz Cəfərov işdən azad olunublar.
Adı çəkilən şəxslər yaşları ilə əlaqədar ordu sıralarından azad edilsələr də, sonradan hərbi vəzifələrdə mülki şəxs kimi çalışıblar.
Yeri gəlmişkən, bu gün Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun doğum günüdür. 1956-cı il may ayının 24-də anadan olan Nəcməddin Sadıkovun 63 yaşı tamam olur. Bu da o deməkdir ki, o, artıq yaşı ilə əlaqədar ordu sıralarından azad edilməlidir.
Nəcməddin Sadıkovu yalnız Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncamla vəzifəsində saxlaya bilər. Belə ki, qaydaya görə, 63 yaşı tamam olmuş şəxsləri hər dəfə bir il artırmaqla, iki dəfə eyni vəzifədə saxlamaq mümkündür.
Yaxın günlərdə prezident İlham Əliyevin Nəcməddin Sadıkovla bağlı sərəncam imzalayacağı gözlənilir. Ancaq bu sərəncamla hazırkı Baş qərargah rəisinin vəzifədən azad ediləcəyi, yoxsa yenidən bir il vəzifədə saxlanılacağı bilinmir.
Nəcməddin Sadıkova yaxın adamların ordu sıralarından azad edilməsi, onun da vəzifədə qalmayacağı kimi dəyərləndirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA