Neftçalada ana doğuş zamanı niyə ölüb? - Baş həkimdən açıqlama

  • 2019-03-28 10:13:18
  • |
  • Ölkə /

Neftçalada ana doğuş zamanı niyə ölüb? - Baş həkimdən açıqlama

Xəbər verildiyi kimi, 22 yaşlı Gülnaz Abdullayeva Neftçala Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirib. Onun dünyaya gətirdiyi körpə isə sağ qalıb.

AzNews.az mövzu ilə bağlı xəstəxananın baş həkimi Telman Zahidovla əlaqə saxlayıb və G.Abdullayevanın ölüm səbəbini öyrənməyə çalışıb.

Telman Zahidov açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, hazırda ölüm faktı ilə bağlı araşdırma aparılır:

“Hadisə bir həftə bundan öncə baş verib. Gülnazın birinci hamiləliyi idi. Doğuşdan sonra ananın səhhəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Körpəsi isə salamatdır. Hadisəyə görə cinayət işi açılıb”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA