Neftçilər Xəstəxanasından ŞİKAYƏT: Baş direktor rüşvət qarşılığında işçi götürür? - İDDİA

  • 2019-01-21 14:28:38
  • |
  • Ölkə /

Neftçilər Xəstəxanasından ŞİKAYƏT: Baş direktor rüşvət qarşılığında işçi götürür? - İDDİA

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru ilə bağlı daha bir şikayət var.

Hurriyyet.org xəbər verir ki, unikal.org-a müraciət edən Mərkəzi Neftçilər Xəstəxanasının bir qrup həkimi baş direktor Ülvi Mirzəyevdən narazılığını bildirir:

"Ülvi Mirzəyev baş direktor təyin ediləndən sonra öz adamlarını gətirərək yüksək maaşla həkim təyin edir. Deyilənə görə onlar rüşvət qarşılığında işə götürülüb. Amma digər işçilərin əmək haqları azaldılır, onların iş rejimi artırılır. Savadlı kadrlar xəstəxananı tərk ediblər. Xəstəxanada pediatriya şöbəsi yoxdur, amma uşaq həkimini işə götürürlər. Mərkəzi Neftçilər xəstəxanasında 950 işçi var. Ülvi Mirzəyevə görə xəstəxana borc içində batır. O, sıravi tibb bacısı olan Könül Abdullayevaya haqsızlıq etdi. İndi də ona qarşı hücuma keçməkdən çəkinmir. Ülvi Mirzəyevin bu kimi əməllərinə görə işçilər münasibət bildirə bilmirlər ki, işlərini itirərlər".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA