“Neftin qiyməti süni şəkildə yüksəldilib və bu, qəbuledilməzdir” - TRAMP

  • 2018-04-20 16:30:52
  • |
  • Dünya /

“Neftin qiyməti süni şəkildə yüksəldilib və bu, qəbuledilməzdir” - TRAMP

ABŞ prezidenti Donald Tramp Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC-i neftin qiymətini süni şəkildə yüksəltməkdə ittiham edib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, D. Tramp bu barədə “Twitter”də yazıb. “Belə görünür ki, OPEC yenə bunu edir. Hər yerdə rekord miqdarda neft var, o cümlədən dənizdə tam yüklənmiş vəziyyətdə gəmilər dayanıb. Neftin qiymətləri süni şəkildə çox yüksəldilib. Burada yaxşı heç nə yoxdur və bu, qəbul edilməyəcək”, – deyə o, bildirib.

D. Tramp niyə belə fikirdə olduğunu izah etməyib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında OPEC+ formatında nazirlərdən ibarət monitorinq komitəsinin növbəti iclası keçirilir. Bu format çərçivəsində OPEC ölkələri və Rusiya neft hasilatını azaltmaq barədə razılığa gəliblər və bu qərar 2017-ci ilin yanvarından bəri qüvvədədir. Razılaşmanın yaxşı icrasının təsiri ilə neftin qiyməti yüksəlib.

Loading...

QALEREYA