“Nənəm rus, babam azərbaycanlıdır” - “Kiralık aşk”ın aktrisası

“Nənəm rus, babam azərbaycanlıdır” - “Kiralık aşk”ın aktrisası

Azərbaycanda “Acemi cadı”, “Kiralıq aşk” serialları ilə tanınan aktrisa Nergis Kumbasar Bakının qonağı olub.

Hurriyyet.org bildirir ki, məşhur aktrisa musavat.com-a Azərbaycanla bağlı fikirlərini bölüşüb: “Azərbaycanı çox sevirəm. Ana nənəm rus, babam azərbaycanlıdır. Mən də bir baxımdan azərbaycanlı sayılıram. Bakı məni cəlb edir, insanlar çox mehribandır. Mənə qəribə rahatlıq və hüzur verir. Köçüb Bakıda da yaşaya bilərəm. 3 dəfə Bakıya gəlmişəm. Bir dəfə şirkətlə görüşdüm, ikinci dəfə isə gəzməyə gəldim. Qobustan qayaları inanılmaz dərəcədə valehedicidir. Dostlarıma da bura haqqında danışdım, dedim daşlar üzərində inanılmaz rəsmlər var. Onlar da gəlmək istəyir. Bakını o qədər tərifləyirəm ki, bir də gördünüz tur təşkil etdim”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

51-ci buraxılış
QALEREYA