“Nəsimi ili” və Nəsimi haqda - Comərdlər daşıdıqları papaqlara layiq idilər

“Nəsimi ili” və Nəsimi haqda - Comərdlər daşıdıqları papaqlara layiq idilər

Müxtəlif səviyyəli məclislərdə, mətbuat səhifələrində dəfələrlə çıxış edərək sübut elədim ki, Mikayıl müəllimin təsvirindəki Nəsiminin əsl Nəsimiyə qətiyyən dəxli yoxdur. İstənilən oppanenti də disputa çağırdım, amma səs verən olmadı...

İndi hər yerdə biz Mikayıl Abdullayevin çəkdiyi “Nəsimi”ni görürük. Dərd bu deyil, dərd ondadır ki, Rasim Balayev kimi əyalət aktyoru bizlərə klassik irsimizdən dərs deyir...

2019-cu il “Nəsimi ili” elan edilib. Həm sevinirəm, həm də bir az qorxuram. Deyirəm, yəqin bizm alimlərimiz tarixə “bolşevik münasibətin” viruslarından xilas olub, ötənlərə tamam bucaqdan baxıb, yeni-yeni əsərlər ortaya qoyarlar. Biz əsl Nəsimini görəcəyik, çox əsrarların üzərinə işıq salınacaq.

Yaxşı bilirik ki, marksizm-leninizm təlimi ilə ərsəyə çatmış, hər cürə ənam, fəxri adlar almış bizim ədalı alimlərimiz Azərbaycanın elə klassiki olmayıb ki, onu sovet hakimiyyəti dövründə fəaliyyət göstərmiş elmi bilikləri yayan cəmiyyətin adi mühazirəçisinin səviyyəsinə endirməsinlər. İllər boyu bunlar hamını inandırmağa çalışıblar ki, Kərbəla şəhidlərinin şəninə onlarla yanıqlı növhə, mərsiyə yazmış Seyid Əzim Şirvani, Qasım bəy Zakir, Sabir (mən hələ başqalarının adlarını çəkmirəm) anadan gəlmə islam dininin qatı əleyhdarları olublar. Xülasə, kişilər mütərəqqi mövqedə durub, din xadimlərini belədən belə istədikləri kimi qamçılayıblar.

Şiə təriqətinin ən güclü ideoloqlarından biri sayılan Nəsiminin başına gətirilən oyun isə tamam başqa macəradır. Nadancasına belə “sillogizm” də uydurub dövriyyəyə buraxdılar, o, əgər islam dininin hökmfərma olduğu məkanda tükürpədici cəzaya layiq görülübsə, deməli ateist olub, belə təqdirdə, Nəsimi kommunist ideyalarının bütün tələblərinə cavab verir. Araşdırmalara, tədqiqatlara ehtiyac yoxdur, fakt göz qabağındadır.

Uzun illər ərzində bir nəfər adamda cəsarət çatmadı ki, soruşsun, nə cür olub ki, ən ağır ittihamlarla, əzabla öldürülmüş adamın cəsədi orta əsr şəhərinin düz ortasında basdırılıb, hələ məzarının üzərində türbə də inşa edilib? Türbə şiələrin ziyarətgahı olub, orada vacib mərasimlər keçirilib. .. Qərinələr boyu nə türbə, nə də bura üz tutanlar təcavüzə məruz qalmayıblar. Axırda bir məqamı da yada salmaq vacibdir, ən ortabab tarixçi də bilir ki, orta əsrlərdə din və millət xaini kimi ölümə məhkum olanların cəsədi uzaq bir yerə atılırdı. On-on beş gündən sonra qurd-quşun didib parçaladığı cəsəddən heç nə qalmırdı. Hələlik burada nöqtə qoyub başqa məsələyə keçirəm. Qalxa biləcək qalmaqala hazıram.

47 il bundan əvvəl baş vermiş tragikomediya

Onda Nəsiminin portretinin yaradılması məsələsi qalxmışdı. Bütün sənət adamlarının müsabiqədə iştirakı vacib sayıldı, mükafat və ənamlar da müəyyən edildi Keramistindən tutmuş xalçaçıya kimi, xülasə hamı qollarını çırmalayıb işə başladı. Həftələr, aylar ötdü, nəhayət indi Azadlıq meydanı adlanan məkanda, böyük sərgi salonunda əsərlər üzə çıxarıldı. Rəsm əsərlərində sənətkarların ad və soyadları deviz altında verilmişdi.

Adi tamaşaçı hər işin kimə aid olduğunu, kimin fırçasından çıxdığını bilməsə də,peşəkarlar hansı portretin kim tərəfindən çəkildiyini göydən bilirdilər. Əlqərəz, müsabiqənin iki turu keçdi, gizli səsvermədə Sadıq Şərifzadənin çəkdiyi Nəsimi portretinin önə çıxması məlum oldu. Bu kimlərinsə xoşuna gəlmədi, dedi-qodu başlandı, tədricən rəhbərliyin niyyəti də üzə çıxdı. Heç demə birincilik neçə-neçə fəxri adın, titulun yiyəsi, yuxarıların hörmətini qazanmış Mikayıl Abdullayevə verilməli imiş. Bəli, “növbədən kənar” üçüncü tur da keçirildi, bu dəfə də gizli səsvermədə Sadiq Şərifzadənin əsəri bəyənildi. Mikayıl müəllim dözməyərək Ali Sovetin rəyasət heyyətinin sədri Qurban Xəlilovu dadına çağırdı. Sərginin bağlanmasına bir neçə gün qalmış Xəlilov Mikayıl Abdullayevin müşayəti ilə salonda göründü. Daha mabədini yazmıram... Mikayıl Abdullayevin çəkdiyi portret qalıb elan edildi!

Sadiq Şərifzadənin necə sənətkar olduğunu yaratdığı Füzuli, Babək portretləri sübut edir. Mən hələ onun başqa məşhur işlərindən danışmıram. O düz on il Nəsiminin portretini çəkmək üçün yüzlərlə məxəzə müraciət etmişdi. Fars dilini bilməsi ona imkan vermişdi ki, mənbələri orijinalda öyrənsin. Rəhmətlik Süleyman Rüstəm ədalətsizliyə dözməyərək “Kom.pravda” qəzetində məqalə ilə çıxış etdi və orada Sadiq müəllimin çəkdiyi Nəsiminin şəklini də verdi. Bu da kömək eləmədi...

Əlbəttə ki, Sadiq Şərifzadə həqarətə dözməyərək müvafiq orqanlara, təşkilatlara müraciət etdi. Axı buna necə dözmək olardı ki, üç turda qalib gələsən, axırda birincilik başqasına verilsin. Müəllif hüquqlarının keşiyində duran komitə də işə qarışdı... Son qərar hamıda acı gülüş doğurdu, Mikayıl Abdullayevin çəkdiyi Nəsimi portreti qalib sayılsın, amma qonorar –mükafat Sadiq Şərifzadəyə verilsin. Dəhşətli sarsıntı keçirən Sadiq müəllim sağalmaz xəstəliyə düçar oldu və nisqilli dünyasını dəyişdi.

Müxtəlif səviyyəli məclislərdə, mətbuat səhifələrində dəfələrlə çıxış edərək sübut elədim ki, Mikayıl müəllimin təsvirindəki Nəsiminin əsl Nəsimiyə qətiyyən dəxli yoxdur. İstənilən oppanenti də disputa çağırdım, amma səs verən olmadı.

Kim idi mənim sözlərimə məhəl qoyan? Fəxri adım, rütbəm yox, məni həm də “korifeylərlə” yola getməyən ötkəm adam kimi tanıyırdılar...

İndi hər yerdə biz Mikayıl Abdullayevin çəkdiyi “Nəsimi”ni görürük. Dərd bu deyil, dərd ondadır ki, Rasim Balayev kimi əyalət aktyoru bizlərə klassik irsimizdən dərs deyir.

“Qəzeti həlim aşının qazanı bilib, ələ gələni içinə dol­durmağa və ağzına gələni ona yazdırmağa hürriyyəti-mət­buat deməzlər". Bu sözləri Üzeyir bəy düz, bir əsr bundan əvvəl yazıb. Bizdə isə bu hürriyyəti-mətbuat kal armud kimi qalıb boğazımızda. Hər yerindən du­ran çap olunmaq imkanından sui-istifadə edərək, daha o cəfəngiyyat qalmayıb ki, qəzet sə­hifələrinə tökməsin. Nə gəldi yazırlar, hərbgü cahillərə soz də demək mümkün deyil. Onu görürsən ki, şüuru, dünyagörüşü Misir Mərdanovun darmadağın etdiyi sistemdə formalaşmış, mütaliəsi sıfır səviyyəsində olan cavanın biri elə mövzuya girişib, elə mətləblərə toxunub ki, belə işlərə ancaq yüksək intellekt, ensiklopedik bilik sahibləri giri­şirlər.

Dərd burasındadır ki, siyasi hən­gamələrdən başları ayılmayan re­daktorlar əksər vaxtlarda psevdoelmi məqalələrin çapına veto qoyma­ğa nə vaxtları olur, nə də həvəsləri. Bəzən (qoy, məndən inciməsinlər) özləri elə bisavaddırlar ki, çapa təq­dim edilən məqalənin elmi redaktə­sini aparmaq iqtidarında deyillər. Gənc müxbirləri də qınamıram, bu zavallılar da üç-dörd məqalə, müsa­hibə dərc etdirəndən sonra özlərini bütün tarixçilərdən, arxeoloqlardan yüksəkdə sayırlar. Niyə də sayma­sınlar? Söz deyən yox, əməlli-başlı mütəxəssis yox, bilənlər də abırları­na qısılıb hərbgü nadanlara baş qoşmaq istəmirlər, "əşi, bizim yaz­mağımızdan nə çıxacaq, onsuz da heç nə dəyişməyəcək". Ən pisi də odur ki, heç kim oxucu, daha dəqiq desək, elm təşnəsi olan gənclər ba­rədə düşünmək istəmir. Bu psevdo tədqiqatçılara, xüdbin "jurnalistlərə” 'deyən tapılmır, tutaq ki, redaktorun başı qarışıqdır, üzərinizdə nəzarət yoxdur, bəs, sizin vicdanınıza nə gəlib, niyə bilmədiyiniz, başınız çıx­mayan mətləblərə əl uzadırsınız?

Bilən də danışır bilməyən də

(Ardı var)

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA