“Nəsimi ili” və Nəsimi haqda - Comərdlər daşıdıqları papaqlara layiq idilər - III HİSSƏ

“Nəsimi ili” və Nəsimi haqda - Comərdlər daşıdıqları papaqlara layiq idilər - III HİSSƏ

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/nesimi_ili_ve_nesimi_haqda_-_comerdler_dasidiqlari_papaqlara_layiq_idiler_-_ii_hiss)

Yanvarın 20-də İTV kanalında saat 15:20-də “Yanvar rəssamlarımızın əsərlərində” adı altında bir telefilm göstərdilər. Yerimi rahatlayıb diqqət kəsildim, bilmək istəyirdim bizim fırça ustaları hansı şücaətləri göstərəcəklər. Peşiman oldum....

İnsan nə qədər vicdansız, biganə millətinin dərdinə laqeyd olmalıdır ki, belə mücərrəd cızmaqaraları, belə rüsvayçılığı çıxarıb əsər adı ilə camaata göstərsin.

Yaxşı tutaq ki, rəssamlar dualıq olublar, bəs telekanalın sahibləri hansı cəhənnəmdə idilər? Yüz dəfə demişəm, yazmışam ki, teleməkan hərbgu pulgir nadanların əlllərindədir. Xeyri yoxdur....

Hal-hazırda azərbaycanlıların istər orta əsrlərdə, istərsə lap XIX əsrdə nə geyindiklərini, baş­larına nə qoyduqlarını əməlli- başlı bilən yoxdur. Bir az ürəyi yananlar uzağı orta əsr miniatür­lərinə, daha sonra da Q.Qaqari- nin (1810-1893) rəsmlərinə mü­raciət edirlər. Q.Qaqarinin rəsm­lərində akademik stil göz qaba­ğındadır, məhz detalların təsvi­rində onun dəqiqliyə meyli indi bizə kömək edir. Miniatürlərə gəldikdə isə, onların üzərində iş­ləmək çətindir, şərq haqqında hərtərəfli biliklərə malik olmalı­san ki, rəsmlərdə uydurmanı hə­qiqətdən ayıra biləsən. "Filan mi­niatürdə belə çəkilibsə, deməli, düzdür" fikrini əsas götürüb bü­tün dövrlər barədə qəti hökm vermək kökündən səhvdir. XX əsrin ikinci yarısında yaşayıb ya­ratmış rəssamlarımız "tarixi" portretləri işləyəndə min qəbahə­tə, qüsura yol verəndə, görün, orta əsrlərin fırça ustaları nələri özlərinə rəva biliblər! Yubiley həngamələri başlayanda onu görürsən ki, hər yerindən duran neçə-neçə "...Şirvani", "...Təbri­zi", "...Gəncəvi" çəkib, asıb divar­dan. Diqqətlə yoxlasan məlum olacaq ki, "tarixi" personaj rəssa­mın özünün ya babasıdır, ya ata­sı. Fotoşəkili götürüb köçürüb kətanın üzərinə, bir saqqal əlavə edib, sonra da başına nə cür gəl­di bir dəsmal sarıyıb, qabağında şam, mürəkkəb qabı ilə lələk. Bu zəhrimar lələyi görəndə az qalı­ram dəli olum! Əlli il olar ki, re­jissorları, rəssamları, bədii rəhbərləri başa sala bilmirəm ki, Yaxın Şərqdə istər cahiliyyə döv­ründə, istərsə islamın qələbəsin­dən sonra heç bir vaxt yazı üçün lələkdən istifadə etməyiblər. Mixi yazıları yaş gil lövhələr üstünə ucu itilənmiş ağacla həkk edirdi­lərsə, dəri, ipək, perqament, ya da kağız üstündə iş görəndə isə qamışdan istifadə edərdilər. Bu dəqiqənin özündə Şərqdə heç bir xəttat metal perodan istifadə eləmir, Yaponiyanın sənətkarları dəniz kalanı adlanan heyvanın tüklərindən düzəldilmiş fırçalarla işləyirlər.

Ələkbər Rzaquluyev, Mixail Vlasov, Kazım Kazımzadə, Lətif Kərimov, Əlisəttar Atakişiyev ki­mi (o həm də kinorejissor idi) rəssamlardan sonra mən elə sə­nətkar tanımıram ki, nəinki qədim dövrlərin, hətta XX əsrin əvvəllə­rində bizim camaatın geyim-ke­ciminin nə cür olduğunu dəqiq­liklə verə bilsin. Telekanallarda nümayiş etdirilən kliplərə, ya da klassik əsərlərin səhnələşdirilmiş variantlarına tamaşa edəndə adamın ürəyi ağrıyır, ilahi, bunlar adı çərkəzi çuxanın nə cür geyil­diyini, vəznənin miqdarını, adi xəncərin də necə bağlandığını bilmirlər. Artistlər başlarına nə gəldi qoyurlar, bəziləri utanıb-qı­zarmadan rus "mujik"lərinin çəp yaxalı köynəklərini də geyirlər. Tariximiz, irsimiz bir ovuc nada­nın əli ilə tanınmaz günə salınır, yetişən nəsil də karikatura kimi təqdim olunan sələflərinə ikrah və istehza hissi ilə baxır, yəni əgər bizim tərifli əcdadlarmız bu gündə olublarsa, onda düşmən­lərimiz bizi yerində ələ salıblar.

Sələflərimiz XX əsrdə bağış­lanılmaz səhvlər etdilərsə də, hər halda çoxu gəzdirdikləri papaq­lara layiq oldular. Millətin qələmi papaq geymiş say-seçmə kübarları Gəncə üsyanı zamanı XI Or­duya qarşı son nəfərlərinə qarşı vuruşub, tikə-tikə doğrandılarsa da, geriyə ayaq qoymadılar. Dallayı, motal papaq geyən qa­çaqlarımız yol kəsən quldurları­mız belə qadın olan qafiləyə kar­vana toxunmurdular, bunu şərəf­lərinə sığışdırmazdılar.

Bu torpağın dinini-imanını, el şərəfini göz bəbəyi kimi qoruyan əmiri papaq geyən kişiləri olub. Belə comərdlər daşıdıqları papaqlara da layiq idilər, məsuliy­yət hissi də öz yerində. Maraqlı situasiya yaranmışdı, baş geyimi insanı mərifətli, qanacaqlı, comərd olmağa vadar edirdi. Papa­ğa əmiri, daqqa nahaq deyilməyib, onları geyənlərin məclisində hər gədə-güdə həyasızlıq edə bilməzdi, haqq-nahaqa qurban verilməzdi, mütrüf, cingənə oy­nadılmaz, bayağı musiqi səslən­dirilməzdi.

...Öz keşişinə lağ edən, onu ələ salan, haqqında iftira yayan bir erməni və ya rusu gördüm deyən tapılmaz. Belə şey ümu­miyyətlə, absurddur. Amma biz­də isə illər boyu din-iman həmişə lağ hədəfi olub, o iftira qalmayb ki, din xadimlərinin ünvanına de­yilməsin. Psevdotarixi tamaşa­larda, filmlərdə din xadimləri qə­dər həqarətə məruz qalan başqa personajlar yoxdur. Özü də bu zavallıların başına hansı çalma oldu bağlayırlar.

...Nizami muzeyinin birinci mərtəbəsində bütün küçədən ke­çənlərin diqqətini cəlb edən şüşə vitrinlərin arxasında bizim klas­siklərin şəkilləri qoyulmuşdur. Hər şəkilin də altında dörd-beş beyt yazılıb. Bunlarla işim yox­dur... Əlbəttə ki, bütün portretlər (bir-ikisi istisna olmaqla) bizim rəssamların təxəyyülünün məh­suludur. Bəli, istədikləri kimi çə­kiblər, sifarişçi qəbul edib, pul da vaxtında verilib, indi durub desən ki, klassiklərin başlarına qoyulmuş əmmamələrin çoxu düzgün deyil, Əlinin papağı Vəlinin, Vəlinin papağı Əlinin başına qoyu­lub. Aləm dəyəcək bir-birinə, dörd tərəfdən üstümə düşəcək­lər, sən bilirsən o şəkili kim çə­kib, sən bilirsən onu filan müəl­lim bəyənib, filan müəllimin mə­gər savadı yoxdur... Mən binəva isə dəfələrlə yazmışam və demi­şəm, bir ölkədə ki, 40-a qədər əmmamə forması mövcud olub, orada səhvi bağışlamaq olmaz. Bəzzazın, baqqalın başına bağ­ladığı sarğını götürüb tanınmış qələm sahibinin başına qoymaq düzgün deyil. Təsəvvür edin, bir-iki əsr keçir, hansısa rəssama, Azərbaycanın XX əsrin birinci yarısında bir ictimai xadimin portretini çəkmək sifariş verilir. Tək­rar edirəm, iki əsr keçib... Nəha­yət, vaxt-vədə tamam olur. XXIII əsrdə yaşayan rəssam özünə çox əziyyət vermədən basma- qəlfə bir portret çəkir. Təsəvvür edin portreti çəkilmiş şəxsin si­nəsini "Qələbə" ordeni bəzəyir, başına da fransız kepisi, əynində də Nepal zabitinin mundiri. Rəs­sam cürətlə portretin altında bu sözləri yazıb: "Milli qəhrəman fi­lankəs". inanıram, onda da bir nəfər tapılmayacaq ki, desin, a kişilər, "Qələbə" ordeni hara, Azərbaycan hara, Nepal zabiti­nin buralara nə dəxli, bu nə biabırçılıqdır?

İndi də belə sözlər deyilmir, kim nə istəyir çəkir, nə istəyir uydurur. Neçə vaxtdır mən bir ovuc sənətçini başa sala bilmirəm ki, islamı qəbul edəndən sonra şərq dünyasında heç bir hökmdar tac qoymayıb. Əsrlər boyu müsəl­man hökmdarları xəlifələrdən bayraq, xələt, fətva, bəzən qılınc alıblar. Bununla da hökmdarın qanuniliyi təsdiq olunardı. Əgər hökmdar islam dünyasının sərhədlərinin qorunması uğrunda mübarizə aparıb zəfər qazanırdı­sa, ona xəlifə tərəfindən rütbələr, şərəfli adlar əta edilərdi. Xilafət nüfuzdan düşən illərdə belə, bu ənənə davam edirdi.

Hökmdarlar əksər vaxtlarda başlarına bağladıqları əmmamələrə, ya da külahlara qiymətli daşlardan cıqqa vurardılar. Bizim qələm sahibləri bəzən bu külahları tac bilirlər. Əhaməniş və Sa­sani xanədanlarının tarix səhnə­sindən getməsi ilə Yaxın Şərqdə tac məsələsi də gündəmdən çıx­dı. Amma Rza xan Pəhləvi haki­miyyəti zəbt etdikdən sonra Sa­sani tacına oxşar tac sifariş edil­di. Rza Pəhləvi qatı şovinist kimi təntənəli bayram və mərasimlər­də tarixi ancaq farslarla bağlı olan bu tacı başına qoymağı se­virdi.İslam inqilabı baş verəndə şah taxt-tacın bütün sərvətlərini nə qədər çalışdısa, ölkədən çıxa­ra bilmədi. Əsas xəzinə seyfin açılması isə qeyri-mümkün idi. Bütün xəzinədarları bir yer topla­maq mümkün olmadı. O ki qaldı ünvan və müraciət formalarına, biz bu barədə əvvəlki məqalə­mizdə ətraflı danışmışdıq. Bəzilə­rində belə təəssürat oyana bilər ki, guya mən hamını qaralayı­ram, mən heç kimi bəyənmirəm. Bu belə deyil. Sadəcə olaraq, mən xudbin, mütaliə ilə məşğul olmayan gənc qələm əhlinə izah etmək istəyirəm ki, Şərqin tarixi gölməçə yox, böyük ümmandır, çalışın onun dərinliklərinə baş vurun, oxuyun, öyrənin, pis-yaxşı bu bizim tariximizdir. Tarixin pisi yoxdur, pis tədqiqatçı var, cahil nadan var.

(Ardı var)

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı