Netanyahu 1 mandatla hamını üstələdi - İsraildə seçkilərin yekun nəticələri

  • 2019-04-12 11:33:13
  • |
  • Dünya /

Netanyahu 1 mandatla hamını üstələdi - İsraildə seçkilərin yekun nəticələri

Gecə saatlarında İsrail Mərkəzi Seçki Komissiya Knessetin 21-ci çağırışı üçün keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.

İsrail MSK-nın saytında yer alan məlumata görə, nəticələrə əsasən, birinci yeri hazırkı baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası tutub və onlar parlamentdə 36 mandata sahib olacaq.

İkinci yeri 35 mandatla “Kaxol-Lavan”, üçüncü yeri isə 8 mandatla ŞAS tutub.

Nəticələrə görə, “Yəhudi tövratı” 7 mandat, XADAŞ-TAAL 6 mandat, “Avoda” 6 mandat, NDİ 5 mandat, “Sağ partiyalar ittifaqı” 5 mandat, MERETS 5 mandat, “Kulanu” 4 mandat və RAAM-BALAD 4 mandatla parlamentdə təmsil olunacaqlar.

“Yeni sağlar” (3,22%), “Zeut” (2,73%) və “Qeşer” (1,73%) partiyaları isə 3,25 faizlik baryeri keçə bilməyiblər.

Xatırladaq ki, İsraildə koalisiya hökumətini formalaşdırmaq üçün Knessetdəki 120 yerdən azı 61-nə sahib olmaq lazımdır. Lakin əsas məsələ İsrail prezidentinin koalisiya hökumətini formalaşdırmağı parlamentə keçməyi bacaran hansı partiyaya tapşıracağıdır. Çünki prezident bu işi çoxluq qazanan partiyaya həvalə etməyə də bilər. Bu mənada İsrail prezidenti Reuven Rivlinin sabahdan etibarən partiyalarla görüş keçirəcəyi bildirilir. Hansı partiyanın birinci olmasından asılı olmayaraq, Rivlin bu vəzifəni koalisiya hökumətini qurmağa daha yaxın olan partiya liderinə verəcək./virtual/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA