Netanyahu Brejnevsayağı səhv buraxdı - Azərbaycana “Əfqanıstan” dedi

Netanyahu Brejnevsayağı səhv buraxdı - Azərbaycana “Əfqanıstan” dedi

İsrailin baş naziri Benyamin Netanyahu ötən əsrin 80-ci illərinin əvvəllərində SSRİ rəhbəri Leonid Brejnevin Azərbaycanın adı ilə bağlı buraxdığı səhvi təkrarlayıb, Azərbaycan əvəzinə “Əfqanıstan” deyib.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, ötən gün martın 4-də baş nazir Netanyahu başçılıq etdiyi “Likud” partiyası üzrə tərəfdaşları qarşısında seçkiqabağı çıxışı zamanı hökumətə rəhbərlik etdiyi dövrdə İsrailin əldə etdiyi diplomatik uğurlardan danışıb. Və səfər etdiyi bir sıra ölkələrin və paytaxtların adlarını sıralayıb.

“Mən Pekində, Tokioda, Rio-de-Janeyroda və Nyu-Dehlidə dünya liderləri görüşəndə, Çadda, Omanda, Əfqanıstanda, Qazaxıstanda, Avstraliyada və Sinqapurda səfərdə olanda...Sizləri və bütün İsrail vətəndaşlarını təmsil etməkdən qürur duyuram”-Netanyahu deyib.

Lakin Netanyahunun Əfqanıstanın adını çəkməsi təəcübə səbəb olub, çünki İsraillə Əfqanıstan arasında diplomatik münasibətlər yoxdur. Və Netanyahu səhvə yol verdiyinin fərqinə varmayıb, Əfqanıstanın adını səhvən, yaxud bilərəkdən çəkdiyini dəqiqləşdirməyib.

Nəticədə bəzi informasiya agentlikləri dərhal Netanyahunun Əfqanıstanın adını çəkməklə dramatik məlumatı açıqladığını, ola bilsin bu ölkəyə məxfi səfər etdiyini yazıblar.

Netanyahu bundan əvvəl də ərəb və müsəlman dünyası ilə münasibətlər qurması barədə fəxrlə danışıb, Omana və Çada səfərlərini misal gətirib. Ancaq İsrailin qətiyyən populyar olmadığı Əfqanıstana səfər əsl fantastika olardı.

Və daha sonra məsələnin yanlış olduğu təsdiqlənib. Çıxışını yekunlaşdıran baş nazir Twitter- izah edib: “Mən bayaq Azərbaycanı nəzərdə tuturdum, amma kim bilir? Ola bilsin növbəti müddətdə Əfqanıstana da səfər edə bildim”

Netanyahu birinci dəfə deyil ki, siyasi coğarfiya ilə bağlı səhvə yol verir. Ötən ilin dekabrında o xanımının Nikaraquda dövlət səfərində olduğunu demişdi, əslində isə Netanyahunun xanımı Gvatemalada idi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA