Netanyahunun oğlu: “Qardaş, atam sənin üçün 20 milyon dollarlıq müqavilə təşkil etdi və indi sən mənim üçün 400 şekeldən keçməzsən?”

Netanyahunun oğlu: “Qardaş, atam sənin üçün 20 milyon dollarlıq müqavilə təşkil etdi və indi sən mənim üçün 400 şekeldən keçməzsən?”

Hurriyyet.org xəbər verir ki, İsrail mətbuatında ölkənin baş naziri Binyamin Netanyahunun adı tez-tez qalmaqallarda çəkilən oğlu Yairin Tel-Əvivdə getdiyi bir barda hesabı dostunun ödəməsi üçün atasının İsrail qazı məsələsində dostunun atasına “yaxşılıq etdiyini” söylədiyi bir səsyazma da yayılıb.

İsrailin ən böyük televiziya kanallarından olan Hadaşot, Yair Netanyahu ilə təbii qaz məsələləri ilə məşğul olan zəngin biznesmen Ori Maimonun oğlu Kobiyə məxsus olduğu bildirilən səsyazmada dostların hesabı kimin ödəyəcəyi məsələsində mübahisə elədiklərini eşidilir.

Netantahunun oğlu Yair dostuna xitab edərək deyir: “Qardaş, sən mənim üçün xərcləməlisən. Atam sənin atan üçün əla bir razılaşma əldə elədi, Knessetdə (İsrail parlamenti) bunun üçün mübarizə apardı. Qardaş, atam sənin üçün 20 milyon dollarlıq müqavilə təşkil elədi və indi sən mənim üçün 400 şekeldən (təqribən 198 manat) keçməzsən?”

İsrail mətbuatı Netanyahunun vəkilinin bu səsyazmanın yayılmasının qarşısını almağa çalışdığını, Yairin bara dövlətin verdiyi avtomobil və mühafizəçilərin müşayiəti ilə getdiyini yazıb. Yair Netanyahu bundan əvvəl İsraildəki solçulara sosial şəbəkələrdən nifrət dolu paylaşmalar ünvanladığına görə dəfələrlə tənqid edilib.

Baş nazirin özü isə korrupsiya məsələləri ilə bağlı 7 dəfə ifadə verib. Həyat yoldaşı Sara Netanyahu da dindirilib. Netanyahuya, “biznesmenlərdən rüşvət almaqda, özünün lehinə informasiyalar verməsi üçün bir media şirkəti rəhbəri ilə bazarlıq eləməkdə və Almaniyadan alınan sualtı qayıqlar məsələsində korrupsiya etməsi” ilə bağlı ittihamlar ünvanlanmışdı. İddiaları rədd edən Netanyahu, ölkədəki bəzi media quruluşlarını, lideri olduğu Likud partiyasını devirməyə çalışmaqda ittiham edir. Bu ittihamlar isbat edilsə, Binyamin Netanyahu vəzifəsindən istefa edə bilər.

Hurriyyet.org

Loading...

QALEREYA