“Nezavisimaya qazeta”: Paşinyan Putinlə görüşünün olmamasına dair həyəcan keçirir

“Nezavisimaya qazeta”: Paşinyan Putinlə görüşünün olmamasına dair həyəcan keçirir

"Paşinyanın Moskva səfərinin gündəliyində Putinlə görüşün olmamasında həyəcan var".

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Ermənistanda inqilabdan sonra erməni-rus münasibətlərində yaranan gərginliyə toxunub.

Məqalənin müəllifi Yuri Simonyan yazır ki, Moskva İrəvandan sadiqliyə əminlik əks etdirən sübutlar gözləyir. Müəllif qeyd edir ki, Rusiya Federasiyasının mətbuat katibi Dimitri Peskov, Vladimir Putinlə Nikol Paşinyan arasında gərginliyin mövcudluğunu inkar edib. Bununla yanaşı İrəvanla Moskva arasında münasibətlərin bir o qədər də aydın olmamasına dair müəyyən dəqiq səbəblər var.

Qəzetin məlumatlı mənbəsinə görə, Rusiya tərəfi Ermənistanın yeni hakimiyyətinə lazımi səviyyədə etibar etmir. Ermənistanın Çin və İsveçrə ilə hərbi ticarət münasibətləri yaratması cəhdləri əlbəttə Moskvanın diqqətindən kənarda qalmayıb. Həmçinin rus-erməni münasibətlərinə Ermənistandakı Rusiya subyektlərində aparılan yoxlamalar da mənfi təsir göstərib. O cümlədən Rusiyanın siyasi və biznes dairələrində əlaqələri olan keçiş məmurlara qarşı açılan cinayət işləri də unudulmamalıdır. Bunlardan ən əhəmiyyətlisi Ermənistanın ikinci prezidenti, müxtəlif mənbələrə görə, Putinin dostu Robert Koçaryanın həbs olunmasıdır.

Həmçinin məqalədə qeyd olunur ki, strateji tərəfdaşı olan Rusiyaya qarşı İrəvanın da iradları var. Söhbət Azərbaycana silah tədarükünün davamlı xarakter almasından gedir. Buna, həmçinin təbii qazın qiymətinin artması, Gümrüdəki rus hərbi bazasında hərbi qulluqçunun iştirakı ilə baş verən hadisə də daxildir. Bütün bunlara 2008-ci ilin 1 mart hadisələri zamanı rus telekanalları tərəfindən sənədli filmlərin çəkilişlər aparması da əlavə olunur.

Yaranmış vəziyyət fonunda Paşinyanın Moskvaya səfəri çərçivəsində Putinlə danışıqlar aparılmasının gündəlikdə olmaması həyəcan yaradıb. Şənbə günü Vladimir Putinin azad vaxtının olmaması Nikol Paşinyan üçün arzuedilən xəbər deyil. Bu isə Ermənistanda Baş nazirin ünvanına daha çox tənqidlərin şərh edilməsi ilə müşayiət olunacaq.

Bundan öncə Rusiya prezidentinin mətbuat katibi Peskov bəyan edib ki, Rusiya Federasiyasının prezidentinin iş gündəliyində yanvarın 25-i tarixində Ermənistanın Baş naziri Nikol Paşinyala görüş hələlik nəzərdə tutulmayıb. O qeyd edib ki, mən bildiyim qədər Putinlə görüş planlaşdırılmayıb. Peskov, onların tez-tez təmasda olduğu, telefonla danışdığı və görüşdüyünü bildirib.

"Şənbə günü prezidentin kifayət qədər məşğul olduğu gündür, bu səbəbdən bilmirəm, dəyişikliklər baş verərmi, ya yox", - deyə Peskov vurğulayıb. \\Ordu.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA