Niderlandda yaşayan diaspor fəalı yeni layihəyə başladı

  • 2019-03-04 17:44:57
  • |

Niderlandda yaşayan diaspor fəalı yeni layihəyə başladı

Niderlandda yaşayan jurnalist Xatirə Abdullazadə “Qürbətdən xatirə” adlı layihə@gurbetden_xatire instaqram və “YouTube CHANNEL” layihə həyata keçirir.

Bu barədə məlumatı Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. X. Abdullazadə deyib ki, məqsəd hər həftənin şənbə günü "Facebook" üzərindən canlı yayım ilə dünyada və Azərbaycanda olan maraqlı insanlarla telekörpü yaradaraq izləyicilərə həm maraqlı, həm də səmərəli məlumatları bölüşməkdir:

“Yayıma qatılan qonaqlar yaşadıqları ölkələrdə olan təhsil, səhiyyə, miqrasya məsələləri haqqında məlumatlar verirlər və izləyicilərin suallarını cavablayırlar. Azərbaycandan da qatılan maraqlı həmsöhbətlər olur və onlarla da yararlı mövzulara toxunuruq. Sonradan bu yayımlar "“YouTube”da “Qürbətdən xatirə” kanalıma yüklənir. Uzun zamandan bəri bu sahədə bir şeylər etmək istəyirəm və artıq reallaşdırmağın vaxtının gəldiyini gördüm. Gələcəkdə daha maraqlı vloqlar da çəkib kanalıma yükləyəcəm”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA