Nikolas Maduro müxalifəti dialoqa ÇAĞIRDI

  • 2019-01-29 10:17:28
  • |
  • Dünya /

Nikolas Maduro müxalifəti dialoqa ÇAĞIRDI

Venesuela prezidenti Nikolas Maduroölkənin müxalifət liderlərini "kişiliklərini toplamağa və milli dialoqa başlamağa" çağırıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, ölkə liderinin çıxışı onun "Twitter" səhifəsi ilə yayımlanıb.

"Mən Venesuela müxalifətini tədbirli, düşüncəli olmağa çağırıram, mən müxalifət liderlərini cürətli olmağa səsləyirəm….Milli dialoqa başlamağın vaxtı çatıb", - deyə Maduro bildirib.

Həmçinin o, İngilis dilində ABŞ prezidenti Donald Trampdan "əlini Venesueladan çəkməsini" tələb edib.

"Tramp, Venesuelada baş verə biləcək istənilən zorakılığa görə siz məsuliyyətlisiniz, bu sizin məsuliyyətinizdir", - deyə prezident əlavə edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA