“Niyə maşından zibil atmağa yüksək cərimələr tətbir olunmur?” - QUBAD İBADOĞLU

“Niyə maşından zibil atmağa yüksək cərimələr tətbir olunmur?” -  QUBAD İBADOĞLU

“100-150 min dollarlıq maşın sürənlər əllərindəki zibilləri birbaşa küçəyə tullayırlar”

“Son günlər fərqli rayonlarda keçirilən 5 yas mərasimində iştirak etmişəm. Bununla əlaqədar olaraq Füzuliyə, Qobustan rayonunun Çalov kəndinə və Şirvana qohumlara və tanışlar başsağlığı vermək üçün səfər etmişəm. Avtomobil yollarında illərlə müşahidə etdiyim eyni mənzərə məni bu statusu yazmağa məcbur etdi. Dəfələrlə Bakıda da görmüşəm ki, şəhərdə 100-150 min dollarlıq maşın sürənlər əllərindəki zibilləri birbaşa küçəyə tullayırlar”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu öz sosial şəbəkə hesabında etirazını bildirib.

“40 dərəcə istidə insanları günün altında işlədirlər”

“Bu gün Şirvana gedəndə 40 dərəcə istidə yol boyu zibil yığanları görəndə düşündüm ki, buna ictimai etiraz etmək lazımdır. Bu problemi nə hakimiyyət, nə də müxalifət yaratmır, bunu biz özümüz yaradırıq. Biz nə vaxta qədər fərdçi olacagıq?! Nədən düşünmürük ki, bizim küçəyə atdığımız zibilləri bir başqası da yığışdırmaq məcburiyyətindədir?! Niyə biz beləyik?! Məgər başa düşmürük ki, zibili küçəyə atmaq olmaz?! Maşında zibili saxlamaq sonra isə onları zibil qutularına boşaltmaq nə çətin işdir?! Digər tərəfdən də niyə müvafiq dövlət orqanları Əmək Məcəlləsinə riayət etmir? 40 dərəcə istidə insanları günün altında işlədirlər. Niyə maşından zibil atmağa yüksək cərimələr tətbir olunmur? ABŞ-da zibilləməyə görə cərimələr ştatlar üzrə 800-1200 dollar arasında dəyişir. Digər tərəfdən də cərimə tərəfdarı olmadığıma görə sual edirəm ki, nə vaxta kimi biz zibilləri küçəyə atacagıq?” - deyə ADR sədri sual edir.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA