“Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur?” - Məleykə Abbaszadə

“Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur?” - Məleykə Abbaszadə

“Çox şadam ki, qadınlar indiki şəraitdə öz yolunu tutub, şəxsi bizneslərini qurmaqda maraqlıdırlar".

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimat mərasimində bildirib.

“Keçirdiyimiz sorğuların nəticəsinə əsasən deyə bilərəm ki, yüksək bal toplayan uşaqların uğurlarının böyük səbəbkarı ali təhsilli valideynlər, xüsusilə də analardır. Qadınlar adət-ənənələrimizi qoruyub saxlamaqla yanaşı həm də müasir düşüncəyə malik olmalıdır. Biz gərək stereotiplərin əsiri olmayaq. Çox zaman bu stereotiplər bizim əl-qolumuzu bağlayır. Ailə quranda bizdən belə bir istək olur: 7 oğul istərəm, bircə dənə qız, gəlin. Niyə? Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur? Qadınlar öz uğurları ilə bu kimi fikirlərin yanlış olduğunu sübut etməlidirlər”, - o qeyd edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA