“Niyə utanmalıyam ki?” - Qısa boylu insanların DİQQƏTİNƏ! - VİDEO

  • 2019-01-28 18:07:03
  • |
  • Sosial /

“Niyə utanmalıyam ki?” - Qısa boylu insanların DİQQƏTİNƏ! - VİDEO

Əvvəllər dərziləri yeni paltarlar tikmək üçün axtarırdıqsa, son zamanlar daha çox şalvar boyunu və köynəkləri yığdırmaq üçün axtarırıq. Niyə son dövlərdə qısa boylu insanlar çoxluq təşkil edir?

Hurriyyet.org xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Boy ancaq iş qəbulunda lazım olur da, bəzi işlərdə”.

Sakin: “Kompleks yaşamamışam mən, həqiqətən də. Niyə utanmalıyam ki, belə yaranmışam da”.

Sakin: “Elə hallar olub ki, uşaqlarla söhbət edəndə qınayıblar ki, boyun balacadır, ona görə problemlər yaşanıb”.

Rəşad Əsgərov – sosioloq: “Kiçik boylu insanlar özlərində kompleks hiss edirlər. Özlərindən yuxarı boyluların yanında durmağa, yaxud da şəkil çəkdirməyə, onlarla bir yerdə söhbət etməyə, hətta birgə gəzintiyə getməkdən imtina edirlər və bu kompleks insanları cəmiyyətdən, sosiallıqdan ayırır , sanki onlar cəmiyyətin bir fərdi kimi tam kənara çəkilirlər, özlərinə qapanırlar”.

Həkimlər 2, 6 və 12 yaş dönəmlərində uşaqlarda boy artımı müşahidə edildiyini deyir. Uşaqların qız və oğlan kimi formalaşmasında isə ən vacib olan yaş dönəmi 6-10 yaş aralığı hesab olunur.

Mehriban İbrahimova – pediatr: “Qız uşaqları müəyyən yaş dövründə yetişkənlik dövrünə çatana qədər boyunu əldə etməlidir, oğlan uşaqlarında isə əksinə. Yetişkənlik başlayandan sonra boyunu azaltmalıdır. Və bu dövrdə hər bir boyun inkişafına təsir edə biləcək orqanlar var. Məsələn 6-11 yaş dövründə bu qalxanvari vəzin üzərinə düşürsə, 11-14 yaş dövründə cinsi orqanların üzərinə düşür”.

Mütəxəssislər hər bir uşağın xoronoloji yaşı yəni pasport yaşı ilə bədən yaşının yəni sümük yaşının fərqli olduğunu deyir. Yaşla boyun uyğunluğunu müəyyən etmək üçün həkimə müraciət etmək isə mütləqdir.

Mehriban İbrahimova – pediatr: “Sümük yaşı ilə bioloji yaşın üst-üstə düşüb düşməməsi təyin edilməlidir. Əgər 2 ilə qədər kənara çıxma varsa, biz onu yenə də norma kimi qəbul edirik. Yəni buna fizioloji geri qalma deyirik. Yox əgər sümük yaşı ilə xronolji pasport yaşı arasında olan yaş fərqi 2-dən çoxdursa bu artıq yalançı nanizmdir, yəni yalançı cırtdan boyluluq hesab olunmağa başlayır”.

Boy artımında qidalanma faktoru da vacib göstəricilərdəndir. Yaxşı olardı ki, menyunuzda zülal və minerallara daha çox yer ayırasınız. Bundan əlavə qış fəslində feyxoa, qara xurma, kök, çuğundur, yayda isə daha asan həzm olunan albalı, alma, şaftalı, ərik və allergiyası olmayan insanlara çiyələk yemək məsləhətdir. Boyun sürətli artımında idmanın da rolu əvəzsizdir.

Rəşad Əsgərov – sosioloq: “Kütləvi tədbirlər xüsusilə də idman yarışları, olimpiadalar artırılmalıdır. Fiziki cəhətdən idman yarışlarının müəyyən qədər gənc və yeniyetmə yaşlarında olan uşaqların boy artımına təsiri daha çox ola bilər. Xüsusilə də idman stadionları, idman kompleksləri olsun əlçatan qiymətə olmalıdır ki, bütün vətəndaşlarımız bundan istifadə edə bilsin”.

Mütəxəssislərin verdiyi məsləhətlərə düzgün əməl edilsə, gələcəkdə boyla bağlı hansısa problemlər də aradan qalxar. Bunun üçün də qidanıza və aktivliyinizə diqqət etməyiniz kifayət edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA