NOTARİAT İŞÇİLƏRİ DƏLƏDUZLARLA ƏLBİR İŞLƏYİR? – 9 saylı Notariat Kontorunun müdirindən ŞİKAYƏT

NOTARİAT İŞÇİLƏRİ DƏLƏDUZLARLA ƏLBİR İŞLƏYİR? – 9 saylı Notariat Kontorunun müdirindən ŞİKAYƏT

Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Acınacaqlı haldır ki, dələduzluqla məşğul olanların əksəriyyəti əsasən vəzifəli şəxslər və onların yaxınları, qohumlarıdır.

Heç şübhəsiz bu cür haların kütləviləşməsinin başlıca səbəbi dələduzluqla məşğul olanların sərt şəkildə cəzalandırılmaması, hüquq-mühafizə orqanları ilə sövdələşmə nəticəsində bir çox hallarda hətta onların cinayət məsuliyyətinə cəlb edilməməsidir.

Məhz bunun nəticəsidir ki, bu gün ölkədə dələduzların qurbanına çevrilmiş minlərlə insan haqqının bərpa edilməsi üçün hara müraciət etmək lazım olduğu sualına cavab axtarır. Bir çoxu da səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdırmaq üçün mətbuata üz tutur.

Elə Təhməzova Rəsmiyyə Qurban qızını da belələrindən biri hesab etmək olar. “AzPolitika.info” saytı vasitəsilə ölkə rəhbərliyinə müraciət edən Rəsmiyyə Təhməzova, məhz dələduzluğun qurbanına çevrildiyini iddia edir.

O, 9 saylı Notariat Kontorunun müdiri Sadıqov Rəşadət Zülfüqar oğlunun, həmin kontorun işçisi olan Abdullayeva Əminə Aydın qızının, Penitensiar Xidmətin sabiq işçisi Hacıyev Vasif Əkrəm oğlunun və digər şəxslərin əlbir olaraq onu aldatdıqlarını və əmlakını əlindən aldıqlarını iddia edir.

2 MURA

Belə ki, Rəsmiyyə Təhməzovanın iddiasına görə, V.Hacıyev və bir neçə notariat işçisi ilə qabaqcadan əlbir olaraq bir çox şəxslərin əmlaklarını mənimsəyib. Vətəndaşlar daha sonra əmlaklarını tələb etdikdə isə hədə-qorxu ilə üzləşirlər: “Qeyd olunan şəxslər hər kəsi eyni üsulla aldadaraq əmlaklarını mənimsəmişlər. Belə ki, V.Hacıyev insanlarda inam qazanaraq məhkəmə üçün etibarnamə vermək adı ilə notariat kontoruna gətirir, orada tələsdiyini əsas gətirərək tez imzalamasını tələb edir. Notariusun işçiləri də V.Hacıyevlə aralarında olan razılaşmaya uyğun olaraq məhkəmə üçün etibarnamə deyil, baş (“generalni”) etibarnamə və borc müqavilələri imzaladırlar. Daha sonra qurbanın əmlakı barədə sənədləri məhkəməyə vermək bəhanəsi ilə alıb əmlakları satırlar. Həmin şəxslər əmlaklarını tələb etdikdə isə imzalatdıqları borc müqavilələri ilə qorxuzurlar. Göründüyü kimi həmin şəxslər öz planları üzrə hərəkət edərək insanları tora salır və bütün əmlaklarını mənimsəyir”.

R.Təhməzovanın sözlərinə görə, eyni hadisə onun da başına gəlmiş, yaşadığı mənzili və obyekti eyni üsulla əlindən alınmışdır. Hətta əlindən alınan evlərindən biri 9 saylı Notariat Kontorunun işçisi Əminə Abdullayevanın adına keçirilmişdir.

R.Təhməzovanın bildirdiyinə görə, bu günə kimi hüquq-mühafizə orqanlarına bir çox şikayətlər etsə də, yalnız V.Hacıyev axtarışa verilmişdir: “9 saylı Notariat Kontorunun işçiləri barəsində heç bir tədbir görülməmişdir. Eləcə də, həmin müqavilələrin saxta olması barədə Ədliyyə Nazirliyindən cavab məktubu olmasına baxmayaraq, Nəsimi Rayon Məhkəməsi həmin müqavilələri etibarsız saymamışdır”.

R.Təhməzova qeyd edir ki, dövlət orqanları onun əmlaklarının mənimsənilməsinə biganə yanaşdığından, mətbuat vasitəsilə Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qalıb: “Qeyd olunan şəxslərin əməllərindən zərər çəkən onlarla şəxs artıq intihar həddinə çatıb. Ölkə rəhbərliyindən Vasif Hacıyevin tapılmasını, notariat işçilərinin də məsuliyyətə cəlb olunmasını və məhkəmələrin işə obyektiv baxaraq əmlaklarmın geri qaytarılmasını xahiş edirəm”.

P.S. Müraciətdə səslənən iddialarla bağlı 9 saylı Notariat Kontorunun müdiri Rəşadət Sadıqovun və adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

2 MURA

1 MURA

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA